TƏKLİYİN MƏNASIZ ƏZABI...

Bəlkə ən yaxşısı yatmaqdır? Elə belə gözümü yumum həyata və yatım.. Axı ancaq onda özümü unuduram, özümü unudramsa deməli sən də mənimlə birlikdə unudlursan bir müddətlik. Amma yox.. Sən yenə də unudlmursan. Bu dəfə də yuxularımı işğal eliyirsən. Bu nə əzabdı!? Bu nə işgəncədi axı!? Gecənin tən ortasında sənsizlik bütün çılpaqlığı ilə qarşımda yeni və növbəti tamaşasını oynayarkən gücüm ancaq başqalarını acılamağa çatır mənim də.. İstəmirəm nə xəyal, nə arzu, nə gələcəyin planlarını götür qoy eləmək artıq. Bezdim, sıxıldım! Mən reallıq istəyirəm.. İstmirəm “gələndə, görəndə, olarsa..” ilə başlayıb bitən cümlələr qurmaq artıq. Yorulmuşam yorğunluğumdan.. Tükənir taqətsizliyimin taqəti belə.. sürüyürəm cismimi cəsəd kimi. Ruhum isə tamam başqa aləmdə uçuşur.. Nə bu dünyaya aidəm, nə də o dünyaya. Natamam.. Laməkan.. Əsəblərim kamanın simləri kimi tarıma çəkilərək çalır nələrdənsə.. Amma mən artıq heç nə duymuram və duymaq istəmirəm. Dünyaya ya kar olmuşam ya da özümü karlığa qoymuşam. Əlimdən heç nə gəlmir, ürəyim çox sıxılır, baş ağrıları əzab verir, mənasız problemlər və söhbətlər ürək bulandırır.. Susdurmaq istəyirəm ətrafı. STOP düyməsini basıb sadəcə olanları durdurmaq, yaşamamaq.. təkcə zaman maşınının mexanizmi tərpəsin.. Dişli, diyircəkli dairələr hərəkətə gələrək tərpətsin əqrəbləri daha bir gecə, növbəti gün, daha, daha, daha.. və ta o gözlənilən günün gəlib çatdığı ana kimi beləcə davam etsin. Necə də gülməli fikirlər gəlir mənə, düşüncəm, fikirlərim tamam nağıl aləmindədi sanki.. Nə olar bəsdi özünü güldürdün ey fikir! Özünə gəl artıq, dön..

Bu təkliyi təcəssüm eliyən dizlərini qucaqlayıb, başını aşağı salıb, evin bir küncündə oturan, "çornı-belıy" şəkillərdən deyiləm.. Sadəcə özümə qayıtmaq isətyirəm. Tək istəyimdi.. QAYTARIN MƏNİ MƏNƏ!!! Nə olar, qaytarın....

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)