GÖZLƏRİNİ YUMARKƏN...

Gözlər yumulur.. Düşüncələr yenə işğal edir ruhu, fikirlər didir doğrayır hissləri. Xəyallarsa qandallı. Öz dünyanda var gəl edirsən. Boş, qara dəhlizdir, sonsuz.. səzssiz.. kimsəsiz.. Xəyalları buraxmamaqçün bu dəhlizə örtürsən bütün qapıları, üstünə də bir qıfıl.. Lakin qorxursan təklikdən və yol ayrıcında qalırsan. Xəyallar səni incitsə də, təkliyin səni daha çox vahimələndirəcəyini bilirsən. Nə bir kimsəni dəvət etmək, nə xəyalları azad etmək.. Seçim qarşısında qalaraq ən nəhayətində açırsan gözlərini hövlənak, yuxudan oyanmışcasına, özünü oyanmağa məcbur edərcəsinə.. Qaranlıqdan işığa qəfil addım çaşdırır bir anlıq səni. Bu nədir!? Yox, yox.. İstədiyin elə o qaranlıq imiş ki! Öz iç dünyan imiş ki! Yenidən yavaş yavaş enir göz qapaqları.. Bu dəfə daha sakit və səbirlə qarşılayırsan səssizliyi, təkliyi.. Daha təmkinlisən düşüncələrinin dəhlizində.. Ehmalca xəyalların qandalını açırsan.. Azad edirsən onları dustaqların azadlığa buraxıldığı kimi. Nə olar olar.. İncidəcəkmi ruhunu? Qoy incitsin, əvəzində qorxularını azaldacaq. Azaldacaqmı heç onu da bilmirsən.. Dönüb dolanırsan xəyalların başına.. 2-3il əvvələ qayıdırsan.. Artıq qorxutmur nə təklik, nə qaranlıq.. Xəyalı obrazlar çönüb həqiqət olur sanki. Səhrada görünən ilğım kimi yalan, görə biləcəyin qədər real olr hər şey. Bir zaman əllərinə toxunan indi xəyallarını toxuyur. Və sən toxunan xəyalların sökülməyindən qorxaraq onları yenidən dustaq edirsən. Bu dəfə daha fərqli şəkildə, zərər gəlməsin deyə...


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)