AYRILIĞIN "OLMALIDIR"LARI...

Nədir ayrılığın nəticəsi!? Gecələrin yuxusuzluğu.. Özünü unudana qədər içki {!}.. Çoxlu və yeni qız-oğlan tanışlığı.. Saysız siqaret kötükləri.. İşdən çıxmaq.. Yaş yastıqlar.. Sosial şəbəkələr.. Təklik.. Ən yaxşı tələbə, şagird olmaq.. Hər şeydən soyumaq.. İçəri şəhərin dar küçələri.. Gecə iştahası və kökəlmək.. Təkliyə nifrət etmək, qələbəlik.. Şəkilləri cırmaq.. İşdə ən qabaqcıl işçi olmaq.. Hər dəqiqə telefonu yoxlamaq.. Çox gözəlləşmək.. Keçmişə aid və onu xatırladacaq hər şeyi göz önundən yığışdırmaq.. Yaxınlardan üz çevirmək.. Dərsdən qaçmaq.. Arıqlamaq.. Üzü divara gözü açıq "yatmaq".. Kitablardakı əsərlərdə özünü tapmaq.. Serialların qəhrəmanına çevrilmək.. Baxımsızlıq.. "Ucuz" yolun yolçusu olmaq.. Dinə sarılmaq.. Utopiya qurub orda yaşamaq.. İxtiralar eləmək.. Başqa ölkələr.. və.. və.. və..

Əvvəli özündən qaçmaq, sonu özünə qayıtmaq!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)