"NƏFƏS YELLƏNCƏYİ" H.MÜLLER

Keçənlərdə bir sayt tapdım, kko (kitabı karandaşla oxuyanlar). Bir qrup cavan oxuduqları kitablardan maraqlı cümlələri seçib yazır. Məndə kitablarımı karandaşla oxmağa başlayandan hiss edirdim ki, əslində onda insan əsəri daha dərindən dərk edir, çünki bəyəndiyin cümlənin altından xətt çəkmək, onu işarələmək üçün daha dərindən fikirləşməli və həmin cümləni ruhuna yaxın buraxmalısan..
Mən də özüm üçün, o qrupa daxil olmasam da kitabı karandaşla oxuduğuma gorə əsərdən bəyəndiyim cümlələri blogda yerləşdirməyi qərara aldım. :)



ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR

Herta Müller insanların həyatına öz damğasını vuran hadisələrdən danışır. Oskar Pastor və düşərgədən digər zərərçəkmişlərlə çoxsaylı görüşlərindən yetərli material toplamış və sonra bunları roman halına salmışdır. Beləliklə o, Avropa tarixinin hələ də tamamən qapalı qalmış bir səhifəsini cavan bir oğlanın kifayət qədər dərin individual həyat hekayəti ilə çatdıra və unudulmuş mənzərələrdə əks etdirə bilir.
***
Bir çox insan düşünür ki, çamadanı yığmaq mahnı oxumaq və ya dua etmək kimi öyrənib və rdiş edə biləcəyimiz bir məşğuliyyət növüdür. Bizim isə bu sahədə nə təcrübəmiz, nə də doldura biləcək bir çamadanımız vardır.
***
Açıq gözlərlə sakit və çox danışır, bağlı gözlərlə sakit və çox ağlayırdılar.
***
Özünə bir qədər çox əziyyət versən, torpaq, qum, hətta otla da dil tapmaq mümkündür. Su ilə isə heç sözdələşməyə belə ehtiyac yoxdur, çünki bu onun təbiətindəndir. O hər şeyi udur və udduqdan sonra içinə qapanır. Hava da təbiətinə görə gözə görünməz olduğundan, onunla il tapmağa ehtiyac yoxdur.
***
Xroniki aclıq barədə nə demək olar? Belə demək olarsa, bu insanı xəstə aclıq vəziyyətinə salan bir duyğudur. O artıq mövcud olan aclıq hissini daha da artırır. Dayanmadan artan yeni aclıq hissi zorla cilovlanan köhnə aclıq hissinin içinə sıçramış olur. Görəsən, bu dünyanı yalnız ac olmağın barədə düşüncələrlə necə dolaşmaq olar? Bu zaman başqa heç nə barədə düşünmək olmur.
***
İnsan nifrətə öyrəşir.
***
Adama əmr verilir, nə isə yeni bir iş görməyə başlayırsan və qovulursan. Şillələnir və təpiklənirsən. Daxilən dikbaş və məyus, zahirən yaltaq və qorxaq olursan.
***
Çünki biz acından kor olmuşduq və vətən həsrətindən xəstə düşmüşdük. Sanki zamandan ayrı düşmüşdük. Elə özümüzdən də. Nə bizim dünya ilə bir işimiz var idi, nə də dünyanın bizə bir aidiyyatı.
***
Əslində heç nə bilməmək can rahatlığı idi.
***
“Müəllim, zəhmət olmasa bizə danışın, orduda vəziyyət necədir?” Müəllimisə dodaqlarını dişləyərək cavab verdi: “Siz düşündüyünüz kimi deyil!” Sonra onun sifəti tamamilə donub qaldı və əlləri əsməyə başladı. Biz onu bu vəziyyətdə heç görməmişdik. “Siz bildiyiniz kimi deyil” – o təkrar elədi. Sonra o, başını stolun üstünə qoydu, qollarını, içinə əski parçaları doldurulan kuklalar kimi, hərəkətsiz salladı və ağlamağa başladı.
***
Nə qədər ki yol gedirsən, demək hələ mənzilə gəlib çatmamısan.
***
Adam öz ölüm qorxusunu dəf etmək istəyəndə və bunu bacarmayanda, ona qarşı məhəbbət yaranır.
***
Bəzən ətrafımızdakı varlıqlar o qədər dəhşətli dərəcədə zərif olurlar ki, adam bunu heç onlardan gözləmir.
***
Vaxti ölçmək üçün bizim saata ehtiyacımız yox idi. Bizim ölçməyə vaxtımız yox idi axı.
***
Mən yavaş-yavaş yeməyə, hər qaşıqdan sonra ağzımın suyunu udmağa adət etmişdim. Aclıq mələyi deyirdi: “Ağız suyu şorbanı daha da artırır. Erkən yatmaq isə açlığın ömrünü qısaldır.”
***
Sıfır nöqtəsi heç bir müddəa tanımır, heç bir qanun bilmir.
***
Sən olmayanda da mən başqa cürəm. Yalnız sən özünlə eynisən, çünki başqa cür ola bilmirsən.
***
Bəzən adam bir planı hazırlayır, amma dərhal, nəsə bir qərara gəlirsənsə, adamı elə bil ildırım vurur. Hələ o qərara güvənmədən onun biqəfilliyi adamı şoka salır.
***
İnsanın nə bildiyinin heç bir önəmi yoxdur, insan gördüyünə inanır.
***
Əgər onlar mənim gözümün qabağnda ölürdülərsə, mən onların öldüyünü düşünmürdüm. Mən bu sualı özümə qadağan eləmişdim ki, bu insanlar hrdadır.
***
..o qapalı və kədərli adam idi. Mən ondan halını soruşanda, o, deyirdi: mən bu haqda düşünmürəm.
***
Mən demək olar ki, heç ağlamıram. Mən nəmli gözlərimlə güclü ola bilmərəm, əksinə daha da zəifləyərəm. Onlar – yəni gözlər özlərinə inanırlar. Insan bir dəri və bir sümükdən ibarət olanda, hissləri daha güclü olur. Mən isə qorxaqlığı üstün tuturam. Çox az fərq eləyir, mən ağlamamaq üçün var gücümü sərf edirəm. Əgər mən hər hansı bir hissi özümə yaxın buraxıramsa, bu yaralı nöqtə tarixə çevrilir və vətən həsrətimin yoxluğu içində quruyub qalır.
***
Hərtərəfli sayıq olmaq, hərtərəfli azmaqdan daha yaxşıdır.
***
Əbədi olan nə varsa, onlar heç vaxt formasını dəyişmir. Onların dünyaya həmişə eyni, dəyişməz münasibəti olur.
***
Mən soruşuram: “Dünyadakı ən uzaq nöqtə haradır?”
- Harada ki, o, qurtarır.
***
Köynəyin sökülmüş tikişləri də, başqasından borc aldığım iynə üçün darıxır. Tikiş tikərkən əllərimin titrəməsi, alnımın gözlərimin üstünə çökməsi üçün darıxır.
***
Mən yorulmuşam və dəhşətli dərəcədə nəyinsə həsrətini çəkmək istəmirəm. Həsrət də cürbəcürdür – tez gəlib gedəni də var, yapışıb qalanı da. Onlarla yaxşı rəftar edəndə məni incitmirlər və hər gün mənim sahib olduğum var-dövlətə çevrilirlər.
***
Yay ağacların yarpaqlarını yıpradır, payız rənglərini dəyişir, qış da bizi.
***
Darıxmaq qorxunun səbr eləməyidir.
***
Anam da “doğulmuşdur” sözünü “doğ.” Kimi qısaltdığına görə, “ölmüşdür” sözünü “öl” kimi ixtisar edərdi. O, artıq bunu etmişdir belə.
***
..hər şəxsin və hadisənin öz xüsusi yeri və zamanı vardır. Bu təbiətin qanunudur. Bu səbəbdən də dünyada hər kəsin və hər şeyin öz haqqı vardır.
***
Köhnə izdivac adamı ac qoyur, xəyanət isə doyurur.
***
Bir qeyri-adilik yoxdursa, bütün günlər eynidir.
***
Xoşbəxt olmaq üçün insanın hədəfi olmalıdır. Mən də bir səbəb axtarmalıyam, hətta qar dibindəki qar da olsa.
***
Sıfır nöqtəsini heç bir sözlə ifadə etmək olmur. Biz bir vahid kimiyik – mən və mənim sıfır nöqtəm. Insan sıfır nöqtəsi haqqında danışa da bilmir, uzağı onun ətrafında nəsə deyə bilər.
***
İndi də azadlığa sürgün olunmağımın qorxusu və ondan sonra məni gözləyən boşluq adamı daxilən əzirdi. Evə doğru yol isə bu boşluğu getdikcə daha da yaxınlaşdırırdı.
***
Qorxu üzürxahlıq qəbul eləmir.

________________________

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)