BAKIDA PAYIZDIR...



Tarixi təkrarlamaq qərarına gəldim, amma alınmadı. Sondakı iki rəqəmi mütləq dəyişməli oldum təqvimi yazarkən.. Bir gələn fəsilə baxdım bir də ətrafıma.. və Bakıda payızdır bu gündən..
Nə düşündümsə bu gün, qaldı hamısı narıncı günəşin doğan şəfəqləri ilə sabahı qarşılamasında. Bilirəm az sonra narıncı rəngi oğurlaycaq yarpaqlar günəsdən.. Çünki, Bakıda payızdır bu gündən..
Yağışlar.. Sevdiyim yağışları səsləyəcəyəm tez-tez.. Sarılıacağam leysanlara.. Qısqanacağam yağışı çətirsiz gəzən hamıya.. Amma yenə sevəcəyəm.. Bəlkə daha çox sevəcəyəm.. çünki daha başqadır Bakının yağışı da.. Səni düşünəcəyəm şəhərimin kimsəsiz küçələrində yağışla rəqs edərkən.. ola bilər yağış yoxdu, amma Bakıda payızdır bu gündən..
Gücüm çatmayacaq səni qaytamağa.. Sənsiz keçəcək bu fəsil də və məni tək qoymalarını istəyəcəyəm yaxınlarımın.. Susacağam bu fəsil...

foto: gfarique

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)