YARIM QALAN FİKİRLƏRİM...


Bu gün elə belə blogumun "Edit Post" bölməsində gəzişərkən "Draft" yazılar gözümə dəydi. Birində cümlə yarımçılıq qalmışdı hətta.. Onları "Delete" eləməyə əlim gəlmədi. Sadəcə bura yarımçılıq şəkildə qeyd eləyərək tamamlamaq qərarına gəldim.


GAME OVER....

Həmişə bu dünyanı oyuna, insanları da oyuncağa bənzədiblər... Bu bənzətmə məndən əvvəl də olub, sözsüz ki, elə məndən sonra da olacaq. İndi gəl sən də bu oyunun içindən baş çıxart. Şablon sözdü - insanlar marionetkalar kimi dünyanın əlində ipə bağlı cəmlənir və oyun başlayır... Ya şahmatdımı bu dünya!? Bizdə şahmat taxtasının üçstündə irəli geri gəzən fiqurlar.... Bəlkə adı flash kompyuter iqrasıdı, ya ortada qaldıdı dünyanın oyunlar!? Hələ nərd, domino...
24.04.2011



Bir men, bir de gizli Blogum...

Bəzən saatla açıq qalır blogum.. Ora nə bir yazı əlavə eliyirəm nə də bir mahnıdan, şeirdən nəsə qoyuram. Amma bilirəm ki, bu dünyada tək mənə aid olan bir məkan var... Mənim azad zonam.. və istədiyim an ora daxil ol, istədiyim hər şeyi eliyə bilərəm. Bəzən avtobusda, ya yolla gedərkən, ya gecə yatanda özümü məhs orda görmək, beynimdə çulğalaşan və için için məni yeyən fikirlərimi tokmək istiyirəm. Baxdiqca, vərəqlədikcə, keçmişimə iz qoyan ruh halım, ətrafa olan münasibətim, insanlar
03.05.2011



SOYUQ AVQUST...

Hisslərin ən incəlmiş, korlaşmış, yorulmuş məqamında isinməkçün ruhumu buraxdım səmaya.. Bütün dünya dardı ruhuma nə edim ki!? O da azadlıq adı altında barmaqlıqlar içində zindana düşmüş, tək qalmış qanadını çırparaq geri qayıtdı.. Riyakar ruhum.. Yay yağışları da səni aldatdı, dondun soyuq avqust gecəsində.. aldatdın, aldandın.. yalan dedin, yalanlar içində boğuldun.. Ey ruhum oyan!!Bircə özünü aldatma
27.08.2011

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)