I'M TIRED OF MYSELF...

 Heç özünüzə sual vermisiniz ki, bu axtarışlar nə zaman bitəcək? Bu özünə dönüş, bu özünü axtarış, səhvlərdən çıxarılan dərslər? Nə zaman son tapacaq yalançı gülüşlərin, özün olmayan sifətin arxasında gizlənmələr? Yaxşı olmadığın halda "yaxşıyam" cavabların, etmək istəmədiyin, özünü məcbur hiss etdiyin hadisələr qarşısında səsini çıxarmayıb hər birinə razılıq verməyin... Nə zaman bitəcək? Nə zaman özünü özün kimi göstərəcəksən ətrafındakılara? Nə zaman əsl mənin baş qaldıracaq içindən, utanmadan, çəkinmədən, qorxmadan? Axı nə zaman səsini çıxaracaq ruhun? Nə zaman deyəcək "heey mən burdayam, gör məni, dinlə məni.."?  Nə zaman iki həyatın birləşib tək olacaq, daxilindəki dünyanla yaşadığın real həyatın nə zaman bir birindən üz çevirməyəcək və hərəsi bir tərəfə çəkişdirməyəcək səni? Heç bunları düşünmüsüz?... 


Heç özününzə sual vemisiniz ki nə üçün bu qədər yorğunsuz? Nə üçün bu qədər həyatdan qopmuş və hər kəsin dediyi ilə razılaşacaq qədər cılızlaşmısınız öz gözünüzdə? Nə üçün hər şey bu qədər mənasız və maraqsız olub sizin üçün? Nə üçün heç nəyin dadı qalmayıb? Nə üçün ən çox sevdiyiniz məşğuliyyətlər belə ürəyinizi üzür? Nə üçün ən sevdiyiniz insanların ətrafında belə darıxırsınız və onları görmək istəmirsiz? Olubmu ki düşünəsiz nə üçünlə niyənin fərqi nədədir? biri səbəb axtarıb biri iddihammı edir görəsən? ... 

Heç  özünüzə sual vermisinizmi nədir səbəbi bütün bu olanların? Səbəbi nədir axı indi yanınızda olan insanların yanınızda olmağına? Nədir? Sizin etdiyiniz səhvlərin, günahların səbəbi nədir? Başınıza gələnlərin səbəbi bəs? Səbəb nədir yanınızda qalmayan, qala bilməyən insanların getməyinə? düşünmüsünüzmü? Özünüzü tapdığınız, rahatladığınız, mənininizin, ruhunuzun dincəldiyini düşüdünüyünz anda həyatınızın dəli dalğalarla tuğyan etməsinin səbəbi nədir? Sizsinizmi səbəb? Yoxsa uşaqlığınız? Yoxsa valideynləriniz? Bəlkə ətrafınız... O ətrafınız ki səbəbsiz yığmamısınız ətrafınıza....

Yoruldunuzmu suallardan?

Bu hələ o qədər az qismidir ki sualların. Cavabını gözləyirlər mən, özümün özümə verəcəyim cavabı.

Mənsə yorulmuşam bu suallardan. Özümdən.. Çünki hara gedirəmsə gedim, bu və daha artıq suallarla dolu çantam kürəyimdən düşmür. Çox ağırdır mənə.. Axı çox yoruluram bu yükdən. 



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)