SƏDƏQƏ...
Yazın səhər mehi üzünə vururdu. Ötən günkü qasırğa və tufandan sonra bu gün hava olduqca sakit, günəşli idi. Sanki heç yolları sel-su aparmamış, ağacları külək kökündən qoparmamışdı. Quşların yazın gəlişini xəbər verən ciggilsitisi, pişiklərin xısın-xısın bir birini izləməsi, yarpaqların tumurcuqlarının və erkən yarpaqların ağaclara verdiyi yaşıllıq kölgəsi ürəyini isdiirdi. Məktəbin qabağından keçərkən, valideynlərin balalarını öpüb oxşayıb, əzizləyib dərsə yola saldığına baxır, düşnür. Hər gün işə gedərkən keçdiyi bu yolda, valideyn-uşaq münasibətlərini izləməyi sevirdi. İstər-isətəməz müqayisələr yaranırdı xəyalında. "Biz uşaq olanda.." ya da "Bizim vaxtımızda..." ilə başlayan cümlələr, fikirlər fırlanırdı başında. 90-ların uşağı olmaq asan deyil. Onda da asan deyildi, indi də. Bu düşüncələrlə, gəlib gedənlərə baxırdı. Yuxulu valideynlər, bağçaya gedən körpələr, dərsə tələsən tələbələr, kostyumlu iş adamları.Səhərlər maraqıl olur insanları izləmək. Hələ özünün də o yoldan ötənlərdən biri olduğunu, harasa tələsdiyini düşünəndə kaş kənardan özünə də baxa bilmə bacarığının olmasını istəyirdi.
Bu düşüncələrlə aramla yeraltı keçidə tərəf yol aldı. Yeraltı keçidlər maraqlı olur. Sanki başqa bir dünyadır oralar. Kiçik piştaxtaların üzərinə yığılan məktəb ləvazimatları, digər tərəfdə bəzək əşyları, onun düz yanında ucuz gül dəstələri, bir az qabaqda saxta elektronik əşyalar. Hər saatın da özünü dilənçiləri olur buralarda. Bəzən bir ayağı olmayan dayı dayanır əsası ilə, o həmişə divara soykənir. Bəzən bir qoca baba olur. O yeraltı keçidin kəsişdiyi ortalıqda dayanır, gözündə eynəyi başında isti papağı yavaş-yavaş sağa sola baxıb dua edir. Günortlara isə bir xala oturur pilləkənlərin üzərində neçə saat oturduğu məlum deyil, məlum olan onun üzündə yaratdığı süni və yalançı ağlamsınmaq, sızıldamaq və dərd obrazıdır. Bir də bir rus nənə var, necə deyərlər "babulya". O da səhərlər oturur çox vaxt pilləkənin üstündə, səsini çıxarmır əlini üzadıb oturur özü üçün. Bəzən kimsə yemək alır ona, bəzən su.
Bu gün də pilləkənlərə keçiddən yuxarı qalxan hissəsində elə pilləkənlərin sağ tərəfində əyləşən qoca babulyanı gördü. Babulya əlləşib əyri üyrü əzilmiş siqaretini yandırmağa çalışırdı. Gülümsündü biixtiyar, babulya hardansa əyri siqaret tapmışdı özünə. Yuxarıdan isə bir baxımlı xanım pilləkənlərə keçidə enirdi və çantasından babulyaya vermək üçün 1 manat pul çıxardı. Elə əyilib vermək istəyəndə babulyanın siqaret yandırdığını görüb pulu bükdü ovcuna. Maraqlı gəldi ona yuxarı qalxa-qalxa çevrilib baxmaq istədi nə oldu deyə. Elə bu anda xanım da arxasını çevirib babulyaya baxa baxa keçidə girdiyini gördü. Gülmək tutdu onu. Siqaretə görə babulya sədəqəsindən olmuşdu. İroniya idi, amma nəyin ironiyası bilmədi. Keçiddən çıxanda isti partlaq günəş yenə isitdi üzünü. Keçidin yanında oturan pişik bü gün yox idi, sığallaya bilmədi onu. Cəld sağa burulub qədimi binaya girdi. Ona doğma olan, 15 ilini verdiyi binaya. Gileylənsə də uzaqlaşa bilmədiyi o yerə..
Comments
Post a Comment