İlin son yazısı.. - 12 -
İli ilə calayıb 2022-ci ili qarşılayırıq..
Mənim sevimli kitablarıma gələndə, ötən təcrübəmdən də məlum olduğu kimi evimizdən körpə nəfəsi gələndə mənim kitablarım qısa müddətlik öz rəflərinə çəkilirlər. Əslində bu il 8 kitab oxumağı planlasam da, cəmisi bir kitab oxuyub siyahımı elə o kitabla da bağladım. O kitab isə Zülfü Livanelinin "Kardeşimin hikayesi" əsəri oldu. Oğlum üçün çoxlu kitab aldım və ona bu il nağıl oxuma vərdişini aşıladım. Buna çox sevinirəm. Hər axşam yatmazdan əvvəl ona nağıl oxuyanda qızım da qucuma girib nağıla qulaq asır. Yorğun günümün ən sevdiyim dəqiqələridir, həm də bilirəm ki, xatirələrimə ömürlük həkk etdiyim anlarımdır balalarımla. Son günləri isə "Balaca Şahzadə" ilə keçirirəm, aylar sonra əlimə məhz o kitabı aldım. Çox sevdiyim kövrək nağılı oxumaq istədim nə üçünsə.
Çox monoton il kimi görünsə də 2021 əslində monoton deyildi.. Gəl getlərlə, daxili bir dəyişim ilə yadımda çox qaldı.. Sakit, qəbullanma ilə bərabər, özü ilə mürəkkəbləri açmaq üçün yol göstərən il oldu..
Daha gözəl, resurslu, məhsuldar mövzulardan yazmaq niyyəti ilə .. :)
Təşəkkür edirəm 2021..
Comments
Post a Comment