33-cü kadr

 Gün gəlib çatdı və mən anamın məni dünyaya gətirdiyi yaşa doldum :) 

O qədər uzun zamandır susuram ki, ürəy evimdə, yəni burada ona görə nədən, necə yazacağımı bilmirəm düzü...

..amma bir onu bilirəm ki, 33 yaşımı artıq iki övlad, bir ağ noğul oğul, bir tıqtıqxanım qız anası olaraq qeyd edirəm 😊

Ürəyimin, ruhumun sakitliyi evimin işığını aydın edir şükürlər olsun ❤

Bu bir il ərzində o qədər çox şeylər yaşamışam ki, onları tək tək yazmaq belə məni incidir. Çətin keçdi bu ilimiz, dünya olaraq çətin keçdi və hələ də davam edir...

..amma bitəcək, şair demiş "güzel günler göreceğiz". Bu mütləqdir!

Bu ilki devizim:

"HƏYATI OLDUĞU KİMİ QƏBU ET. ÖZÜNÜ HƏYATIN AXIŞINA BURAXMAĞI BACAR. SƏNİN OLAN ONSUZDA MÜTLƏQ SƏNƏ GƏLƏCƏK. HİSS ET! ŞÜKR ET! İNAN!"

* bu il doğum günüm 3 saatlıq icazəli sərt karantin rejiminə təsadüf etdi

* hədiyyələrimin hamısı məni bəzədi 

* bu il ailəmlə, bacılarımla birgə evimdə qarşıladım yeni yaşımı

* tortumun şamını üflədim :)

* və ən nəhayət bu il papa məni zəng edib təbrik etdi ❤

33 yaşımın soundtracki Emiliadan  "I am a big big girl" olsun :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)