DISAPPOINTMENT...

Bəzən illərə, aylara tökərik öz əsəbimizi, yolunda getməyən bütün işlərimizi, uğursuzluğumuzu, itkilərimizi. Bir sözlə həyat yolumuzun neqativlərini.. O zaman mənə demişdi ki bir dost, aylardan çıxma hayfını bunu zamanla anlayacaqsan. Deyilənlər doğru çıxır..
Əgər 5il əvvəl bu günlərdə həm iş, həm ailə, həm şəxsi həyatında uğur cızığını çəkirsənsə, il olur ki həmin tarixdə üzü aşağı istiqamət sonra yenidən yuxarı yenidən aşağı.. Cəbr fənnindən keçdiyimiz funksiyalar kimi. Bir cızığ mənfiyə, bir cızığ müsbətə..
İnsan ruhu incədirsə onu adi sözlə də incidə bilərlər. İnsanın qəlbi kövrəkdirsə bir baxışla belə ağlada bilərlər. Nə olar, etməyin belə...
Hər il birmənalı şəkildə nələrsə öyrənirəm. Bir-birindən fərqli duyğulardan baş çıxarıram. Necə davranmaq lazım gəldiyini ayırd edirəm. Bəzən hisslərimə güvənirəm, bəzən məntiqimə. Yeni il çox gözlətmədi ilk imtahanını.. Deyəsən dünən bir imtahan daha verdim. Həyat imtahanı. Keçb keçmədiyim müəyyən müddətdən sonra bilinəcək. Ağır bazar ertəsi günü.. və daha bir dost bazar ertəsinin ömrünün qısa olduğunu söylədi :) Ömür gün yoldaşım arxamda olduğumu söylədi.. Bunlar bəs etmirmi həyatın oyunlarından baş çıxarmağa?
Nə qədər dodaqlarımı yer istiqamərində :( bu cür salladsam da sevdiklərimin yaxınlarımın bir sözü ilə iki dodaqların arasından dişlərim görünmürmü? Pislik pis üçün qalmırmı? Pessimistlik, realistlik və optimistliyin üçünün birləşdiyi günə, dəqiqəyə nə ad verir elm adamları? 
Bu gün qarlı havada bəlkədə ilk iş günü yaşayıram. Amma 7il əvvəl başlayan bu marafon  yaz aylarına təsadüf edirdi.. İndi isə çöldə 0 dərəcədir və qar dənəcikləri tökülür. O ilk iş günü sevincli, səriştəsiz bir növcavan, bu gün müəyyən təcrübəsi olan, çox şeydən qorxmayan gənc. Həvəsli-həvəssiz, istəkli-istəksiz və s kimi fərqləri də qeyd eləmək olar amma onda çox uzun olar sadalama...

Dünən isə 2016-nın ilk filminə baxdım "Amelie".. Fərqli olub və bunun fərqində olanların kinosu :)






Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)