Live your life...

Donmuşam..

Donduğumu hiss edirəm, ev isti olduqca, mənim ruhum ruhsuzlaşır sanki və donuqlaşır. Özümü, necə deyim, rəngsiz şəkil kimi hiss edirəm bəzən, hər yerim ağ-qara rəngdə, amma ürəyim qırmızı rənglə rənglənmiş... Bəzi hadisələrin yanından keçəndə və ya müşahidə edəndə rənglənirəm amma uzaqlaşan kimi yenidən ağ qara rəngə çevrilirəm.. və ya hansısa əşyaya toxunanda, ya da kimləsə danışanda və ya bir musiqiyə qulaq asanda, şəhərin hansısa küçəsindən keçəndə qızınıram elə bil, rəngim insan rənginə çevrilir. Qısa an kəsiyində. Amma sonra yenidən rəngsiz biri, rəngsizləşən mən...

Söhbət heç də bədbəxt, ümidsiz, arzusuz, gələcəyə inamsız olmaqdan getmir. Məsələ burasındadır ki, yetəri qədər ümidli, arzularla dolu və gələcəyə o qədər inamlıyam ki.. Amma hardasa bir yerdə sıxıldığımı, özüm olmaqdan, olduğum kimi olmaqdan çıxdığımı hiss edirəm.

Donuram...
Ev isti olduqca, mənim ruhum donur.
Mənim rənglərim solur.

Amma qayıda bilməzmi heç nə əvvəlki rənginə? ..rəngsazım gələ bilməzmi çox yaxına, ta ürəyimin içinə? Bəlkə özüm onu uzaq salıram? Çağırsam gələrmi? ...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)