MƏTBƏXDƏN: GÖBƏLƏK ŞORBASI

Bu gün yenə mətbəxdən yazmaq istəyirəm, çünki son zamanlar ən sevdiyim məşğuliyyətlərdən biri də heç vaxt bişirmədiyim reseptləri mətbəxdə sınamaqdır. Mənim atam əsl qurmandır, ən sevdiyi yeməklər isə milli mətbəximizdəndir. Ona görə də yeni dadları ona sevdirmək elə də asan bir şey deyil :) Mən də həmişə onun üçün bacardığım qədər anamdan öyrənidiyim yeməkləri bişirmişəm. Ailə qurduqdan sonra isə yeməkləri qaynanam bişirdiyi üçün mənim mətbəxlə görüşüm həftədə bir, ən çoxu iki dəfə olub.
Yoldaşım isə yeni dadlara açıq insandır, ona görə də burada eksperimentlər eləməkdən çəkinmirəm. Hətta onunla mətbəxə girib yeni, heç zaman yemədiyimiz dəniz məhsullarını belə birlikdə bişirib əylənirik :)

Düzdü bu gün paylaşacağım respti yoldaşım sevməsə də mənim ən çox sevdiyim supdu. Bakıda olanda bacımla nahar fasiləsində sırf göbələk supu yemək üçün görüşüb Cafe city-ə tez tez gedərdik. Neçə gün idi ki könlümə düşən göbələk supunu nə qədər araşdırsam da burdakı restoranların heç birində tapa bilmədim. Və yenə də özüm bişirməyi qərara aldım. Blendrim olmadığı üçün necə alınacaığını bilmiridm, bişirməyə risk etməkdiyim yeməklərdən idi. Amma bu qədər asan olduğunu bilmirdim və çox dadlı çıxdı, eyniylə Cafe citydəki aldığım ləzzəti ala bildim. Keçirəm reseptimizə:

10-12 ədəd iri göbələk
1 x/q kərə yağı (istəyən duru yağ da qata bilər)
2 x/q un
2 stəkan süd
1 stəkan su
duz/istiot

Göbələkləri təmiz təmiz yuyub, qabıqlarını soyduqdan sonra xırda-xırda doğrayırıq. Düzü istəsəz orta boyda da doğraya bilərsiniz. O baxır zövqə. Məsələn mən həmişə blendrdan keçirilmiş şəkildə pure kimi yesəm də bu supu, adi dənəcikləri olan halda da çox sevdim. Qazana yağı atırıq əridirk və doğradığımız göbələkləri tökürük. Göbələklər çox görünə bilər amma çox olmayacaq. Çünki, suyunu buraxdıqdan sonra orda heç nə qalmır demək olar ki. Göbələklər su salacaq. Suyu çəkildikdən sonra qarışdıra qarışdıra unu əlavə edirik ki un topalanıb qalmasın. Bir az unla göbələyi qovrudqudan sonra, unun qovrulmuş iyi gələndə suyu əlavə edib qarışdırırıq, sonra isə südü əlavə edirik. Onu da qeyd edim ki suyu və südü yüksək odda əlavə edin ki qaynasın. Sup qaynara düşdükən 5-7 dəq sonra azalda bilərsiniz qazı. Zövqə görə duz istiot vururuq və ara bir qarışdıra qarışdıra bişiriki. Sup qaynara düşdükdən 10 dəq sonra bişdikcə qatılaşacaq. Onda istəsəniz altını sondurub blendirdən keçirə bilərsiniz. Mən yenə deyirəm ki, burada blendirim olmadığı üçün elə dənəciklərlə saxladım və dadında heç bir fərq görmədim. Süfərəy verərəkən istəsəniz üszərinə bir az şüyüd doğrayıb səpə bilərsiniz. Çox asan və dadlı supdu. Nuş olsun!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)