...AMMA ONLAR SİYASƏTƏ QARIŞDI
Bundan əvvəlki yazımda türk gəncliyi ilə azərbaycanlı gənclər arasındakı fərqə diqqət çəkmək istəmişdim. Onların siyasətə, sosial məsələlərə, hökümətə olan coşğun münasibəti ilə, bizim (elə içi mən və ətrafım qarışıq) olan passiv, lüzumsuz münasibətimizdən yazmağa çalışmışdım.
O yazını yazmağımdan 3-4 gün keçəməmiş Aprel hadisələrindən sonra mayda keçiriləcək gül bayramına qarşı çıxmaq üçün iki gəncimiz Qiyas İbrahim və Bayram Məmmədovun 28 mayda Heydər Əliyevin heykəlinin üzərinə "Qul bayramınız mübarək" şüarını yazması aranı əməlii başı vəlvələyə saldı. Təbii ki, başqa bir şey gözləyə bilməzdik. Hər iki gənc dərxal xəbs edildilər. Qiyasın artıq məhkəməsi başa çatıb və narko bizneslə əlaqədar 10 il həbs kəsilib :) burda deyirlər tragikomediya. Bu yaxınlarda Bayramın məhkəməsi gözlənilir. Yəqin ki onun da aqibəti eyniylə Qiyasdan fərqli olmayacaq.Noyabrın 4-ü keçirilən məhkəməyə hazırlıq icasında Bayramın dediyi sözlər isə məhz qorxmaz gəncliyin bariz nümunəsidir. Belə ki, işə baxan hakimlər heyətinə etirazı olub-olmadığını soruşulanda, Bayramın cavabı: «Mənim etirazım bu cür dövlətçilik
sisteminə və prezidentədir. Sizin yerinizdə kimin oturmasının mənim üçün
heç bir fərqi yoxdur. Onsuz da bura məndən ötrü tamaşa zalıdır –
Musiqili Komediya Teatrı. Quruluşçu rejissor da İlham Əliyevdir». - olub. Bu sözlər mənə keçən postda haqqında yazdığım Deniz Gezmişin ön məhkəməsində dediyi sözləri, onun da eyni ilə məhkəməyə inanmadığı sözlərini xatırlatdı.

Azadlıqda azadlıqla gorüşəsiniz gənclər! Əsl azadlıqda!!
Comments
Post a Comment