MARSEL PRUSTUN SUALLARI...

Adi bir məqalənin və ya cümlənin içində keçən, mənə tanış olmayan fərqi yoxdur klassik dövrün və ya müasir dünya ədəbiyyatının yazıçılarından hər dəfə yenisini tanımaq, haqqındakı məlumatları araşdırmaq maraqlı bir işdir. Ən azından dünya görüşün artır, oxumalı olduğun və ya oxunulması vacib olmayan kitablar siyahına əlavələr olunur. Bu gün isə Marsel Prustu tanıdım. Haqqında heç də standart olmayan informasiyalar əldə etdim və özünün ən məhşur əsərlərindən olan 4800 səhifəlik "İtirilmiş zamanın axtarışında" əsərini heç zaman oxumayacağıma özlüyümdə qərar verdim :) 

İndi yazacağım sualları hardan tapdığıma gəldikdə isə, mənim bir gözləri iri, üzü sevincli müəllimə dostum var, onda gördüm. Müəllimənin özünün 14 yaşında qarşısına çıxan bu sualları, Marsel Prust 13 yaşında olarkən bir dostunun doğum günündə ona hədiyyə kimi veribmiş. Suallarla tanış olduqda isə elə bizim 12-16 yaş arasında həvəslə yazdığımız "xatirələr dəftərini" xatırladım düzü. Sualları bura yazıram ki, üstündən neçə illər keçdikdən sonra açıb oxuyanda fikirlərimdəki dəyişikliklərin olub olmadığına qərar verim. Belə ki:

1. Ən sevdiyiniz söz hansıdır?
- rahatlıq, sakitlik

2. Nifrət etdiyiniz söz hansıdır?
- itki

3. Sizi nə həyəcanlandıra bilər?
- səbirsizliklə gözlədiyim cavab

4. Həyəcanınızı nə öldürə bilər?
-  aldığım cavabın necəliyi

5. Hansı səsi çox sevirsiniz?
- yağışın və dənizin səsini,
bir də atamın

6. Hansı səsə nifrət edirsiniz?
- qarğa səsinə

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?
- rəssamlığın incəliklərini, rəngkarlığı bilmək istəyərdim və bu biliyimlə də əl işləri hazırlayardım.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?
- muğam oxumaq

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?
- bu özmülə başqa ölkənin vətəndaşı olmaq istərdim 

10. Harda yaşamaq isəyərdiniz?
- insanların hüquqlarının maksimum qorunduğu ölkələrdə. uzaqlarda..

11. Ən başlıca çatışmazlığınız nədir?
- anam

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?
- tərsliyim

13. Qəhrəmanınız kimdir?
- heç vaxt olmayıb

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?
-  söyüş söymürəm əslində. amma dəhşətli dərəcədə çox əsəbləşəndə o an ağlıma gələn ən pis söyüşü belə söyə bilərəm. fərq eləmir, senzurasız.

15. Hal-hazırki əhvalınız (ovqatınız) necədir?
- babatdı

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?
- hər ilə yeni bir şüarla daxil oluram. Bu ilki şüarım "Arzularının arxasınca get! Çünki mütləq bir gün onlara çatacaqsan..."

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?
- anamla bağlıdır...

18. Sizcə bədbəxtliyin tərifi nədir?
- bədbəxtliyin tərifini iki il əvvəl bu şeirdə açıqlamışam. 
Bədbəxtlik zamana və hadisələrə görə dəyişir. Eyniylə xoşbəxtlik kimi.

19. Necə ölmək istəyərdiniz?
- rahat və sakit

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini
istərdiniz?
- niyə məndən üz döndərmişdin ki? 

..son


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)