29-CU GÜN

Bu il fevral ayı bizə hər dörd ildən bir özünü göstərən 29cu günü ilə gəlimşdi və gəldiyi kimi də getdi..

2020-ci ilin cəmi iki ayını geridə qoymuşuq, amma bu ikicə ayda o qədər hadisələr baş verib ki, bu balaca dünyamızda. Müharbələr, xəstəliklər, viruslar, münaqişələr, qəzalar, anomaliyalar... hamısı da ayrı-ayrılıqda geniş mövzulardı halbuki. Nə qədər bu gündəmdən uzaq düşmək istəsə də insan, özünü istər istəməz bu qlobal müzakirələrin içində tapır və əriyib itir.

Mart ayı isə müjdə ayıdır mənim üçün. Yuxarıda sadaladıqlarımın əksini isbat edən bir şey.. Xoş xəbərlərim və həyəcanlı gözləntilərim var.. Daşın içindən gül çıxa bilirsə, bu iyrəncliklərin də içindən xoş nəsə çıxmalı idi. O isə artıq məndədi, mənimlədi..

Qeyd etdiyim kimi fevral dünyəvi problemlər, siyasi məsələlərlə fikrimizi dağıtdı. Mənsə vaxt tapdıqca kitablarımın içində axtardım cavablarımı.

Fevral ayı boyunca iki kitab bitirə bildim və bircə kitab aldım:


  • Nejat İşlər - "Ben hep senin yanındayım"
Nejat İşleri məktəb illərimdə, 15 il əvvəl (bəlkə də daha çox) baxdığım "Gülbeyaz" serialında tanımışdım :)  Sonra onun məhşur "Kaybedenler Klübü"ndəki rolu, o hərdəmxəyal, asosial, özünə qapanıq, avara tipi ilə yeniyetmələr və gənclərin favorisinə çevrilmişdi. O dövrdə melanxolik olan elə mənim də. Keçənlərdə Ali və Ninoda gəzişərkən qabağıma çıxan kitabını əlimə alıb yazıçılıq qabiliyyətinin necə ola biləcəyini düşündüm və ona bir "şans" vermək istədim. Hekayə oxumağı sevməsəm də, onun hekayələrini oxumaq istədim. Sözün açığına qalsa bir aktyor üçün yazdıqları heç də pis deyildi, hətta maraqlı da demək olardı. Və hekayələrində əslində "Kaybedenler Klübü"ndəki ab-havanı hiss etmək olur. Reytinqlərdə sonuncu hekayəsindən başqa bütün hekayələr bəyənilmiş və sonuncü hekayəsinin mənasızlığı hamı tərəfindən qeyd olunmuşdu. Məsələ ondandı ki, o hekayə sürreal bir həyatdandır, hadisələrin dəxlisizliyi insanı əsəbləşdirir, nə əlaqə yəni? bildiyimiz qeyri real hadisələrdən ibraət cümlələr toplusu.. "əgər belə olarsa idi" məzmununda bir hekayə. Mənasızlığını bəyəndim, mənasızlığının arxasında duran mənanı düşünmək istədim və o hekayəni yazarkən ümumiyyətlə nə düşünüb yazdığını, niyə yazdığını bilmək istədim və 4* qiymətləndirdim. 
  • Hakan Mengüç - "Hiç bir karşılaşma tesadüf değildir"
Hakan Mengüçün nəşr etdiyi üçüncü kitabıdır və mən də üçüncü kitabıdır ki kitab nəşr olunandan 4-5 ay sonra deyil, elə ilk tirajında alıram :D qlamur qızların və yeniyetmə gənclərin özlərini öldürərək, gənc yazıçıya pərəstişi deyil mənimkisi, əsla. Hətta bəzən özümün qıdığım gəlir onun kitablarını almağıma :) Onun yazdığı əksər hekayələri bilir, müdriklərdən qeyd etdiyi sözlərin çoxunu xatırlayır, və həyata dair gəldiyi nəticələrə də illər əvvəl gəldiyimi çox gözəl bilirəm. Yəni ondan təzə öyrəniləsi bir mövzu yoxdur, amma və lakin bildiklərimi təkrarlamaq üçün yaxşı vasitədir. Bəzən olur, məsələn olur ki, bilirsən hər hansı bir hadisə qarşısında necə hərəkət etməlisən, bunu bilirsən! amma məsləhətinə etibar etdiyin biri ilə bir dəfə də müzakirə etmək, edəcəyin işin təsdiqlənməsini istəyirsən. Hakanın da kitabları mənim üçün o rolu oyanır, bilirəm, sadəcə təkrarlayıram, özüm üçün təsdiqləyirəm gəldiyim nəticələri.. Ətrafımda olanlardan bir az uzaqlaşmaq üçün, başqa həyatların ağırlığını və yükünü çəkməmək üçün, bir az özümə dönmək, özümə qapanmaq üçün oxuyuram. Və sakitləşirəm, həqiqətən də :) Kitaba gəldikdə isə, ssenari cəhətdən 1* a dəysə də içindəki bəzi cümlələrə görə 4*-la dəyərləndirdim kitabı. Və fevral ayında aldığım tək kitab da məhz Hakan Mengüçün bu kitabı oldu. 

Mart ayına isə Ferenc Molnarın "Pal küçəsinin oğlanları" əsəri ilə daxil oluram.

Yeni aydan çox çox xoş xəbərlər və çox çox dəyişikliklər inamı ilə ..

                                                                         ...xoş qiraətlət :) 

Comments

  1. Ümid edirəm gözlədiyiniz xoş xəbərləri almısınız. Mart mənim ən sevdiyim aydır. Amma təsəvvürümə belə gətirməzdim ki, bu aydan başlayaraq 2 ay (ümid edirəm daha çox olmaz) evimdən uzaqlarda, kənddə karantinada qalacağıq. Tək təsəllim bol kitab oxumağa və film izləməyə zaman ayıra bilməyimdir. Yeni yazınızı, sizi karantina təəssüratlarınızı oxumaq çox xoş olardı. Sevgilər...💗

    ReplyDelete
    Replies
    1. Təşəkkür edirəm :)

      Bəli xəbərlərdən birini aldım, biri isə alınmadı, xeyirlisi. :)
      Karantin müddəti bizə "hər şeydə bir xeyir var" məsələni daha çox öyrətdi. Əsas məsələ burda xeyiri tapmaq, görmək və hiss edə bilməyi bacarmaqdır. Uğurlar və sevgilər :)

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)