NAZİK KİTABLAR SİLSİLƏSİ :)

Deməli, mənim üçün  kitablar təkcə görünüşünə və formasına görə yox, həmçinin oxunma sırasına görə də qalın və nazik kitablara bölünür. Qalın kitabları işim az olanda, kitabı uzun müddət oxumaq istəyəndə əlimə alıram, nazik kitabları isə işim çox olanda, kitabları "su kimi" oxuyub tez qurtarmaq istəyəndə.

Və son oxuduğum bir neçə kitab da məhz nazik kitablar silsiləsi oldu :)


Buna Alber Kamyunun bu il kitab sərgisindən aldığım "Çöküş" əsəri ilə başladım. Alber Kamyudan ilk dəfə "Yad" əsərini 2011-ci ildə oxumuşam, sonra isə "Taun". Remarkdan sonra sevdiyim ikinci yazıçıdır deyə bilərəm. "Çöküş" əsəri də olduqca maraqlı, fəlsəfi, daxili aləmin səsinin əks-sədası kimi üzərimdə güclü  təsir buraxdı. Kamyunun əsərlərini çox karandaşlıyıram həmişə :) Kitabxanamda yazıçının oxumadığım daha bir əsəri, "Xoşbəxt ölüm" var.


Daha sonra Fransuaza Saqanın "Salam kədər" kitabını nazikliyinə görə əlimə aldım. Əsər elə də güclü təsir bağışlamadı. Bacım digər oxuduğu kitabları kimi onu da yarımçıq qoyub kinosunu axtarmışdı və tapmışdı. :) Elə əsəri oxuyanda da məndə kinoya baxırmışammış kimi təəsürat yaratmışdı. Adı kimi kədərli kitab olsa da, tamamilə yay fəslinin, sarı qumların, dənizin və məzuniyyətin kitabıdı. Soyuq şaxtalı və qarlı zamanda oxuduğum dəniz, günəş tamamilə bir-birinə təzad təşkil edirdi. Kitabda bəhs olunan o gənc qızın nə həyatı, nə yaşam tərzi, nə də düşüncələri mənə uyğun deyildi, baxmayaraq ki.... o kitabı 28 Mallda Ali&Ninodan aldığım günü xatırlıyıram. Bir cümləsinə görə almışdım.. və deyəsən depressing idim o zamanlar :)



..və "Möhtəşəm Qetsbi"ni oxuduqdan və kinosuna baxdıqdan sonra təsirindən çıxa bilməyib ona ayrıca bir yazı yazdım. Yazıçının yazısı, rejissorun işi və aktyorların yadda qalan əla ifası. Kitab və kino haqqında fikirlərimi istəsəniz Frenisis Skott Fitscerald-Möhtəşəm Qetsbi - burdan oxuya bilərsiz :)



Kitabı bitirdikdən dərhal sonda "nazik kitab" silsiləmə davam etdim və Con Steinbekin "Siçanlar və İnsanlar" əsəri ilə Ahmet Batman "Soğuk kahve" kitabını bir yerdə oxumağa başladım. 

İlk bitirdiyim "Siçanlar və İnsanlar" oldu. Sonu olduqca təsiredici, davamlı düşündürücü idi. Düzünü deyim ki, əsərin sonluğunu və yazıçının nə demək istədiyini tez-tez və hələ də düşünürəm. Hər kəsin istəmədən elədikləri və incitdikləri insanlar... Əslində mən də istəmədən nə qədər insanları incitmişəm. Həqiqətən istəmədən olub çünki, bunu Lenninin timsalında görürdüm. Və istəməsəm də incitməyə məcbur olduqlarım Georginin üzündə idi. Tək sözlə kitab əla idi. 

Onunla paralel, sevgi hisslərimi yerindən tərpətmək üçün əslində "Soğuk kahve"nin yaxşı seçim olduğunu düşünürəm. Facebookda kitab səhifələrində və qruplarında o kitab haqqında fikirlər birmənalı deyil. Kimisi vaxt itkisi olduğunu deyir, kimisi romantik qızlar üçün ən gözəl hədiyyə olduğunu düşünür, kimisi kitabın bir şedevr olduğunu deyir, bəziləri də azərbaycan dilinə çevirib status kimi paylaşırlar. Bu cür çoxbaxışlı kitab olduğu üçün mən də öz fikrimi bildirim. O kitab əsər deyil, məhz kitabdır. Paralel, ikinci kitab. Axşam yatanda, beynin yorğun olanda, sevgini hiss etmək istəyəndə açıb o kitabdan bir iki səhifə oxuyursan, o qədər. Təbii ki, ağır, düşündürücü əsərlərin yanında onun elə də böyük bir təsiri yoxdur, amma axı mən özlüyümdə həmişə deyirəm, əgər hər hansı bir kitabda bir cümlə belə səni düşündürüsə deməli o kitaba maraqsız demək olmaz. Birdə ki, o kitabı başa düşmək, yazarın orda nələrdən danışdığını və nəyi hiss etdiyini başa düşmək üçün mütləq ən azından mütləq sevməlisən, kimisə itirməlisən, mütləq ayrılıq yaşamalısan.. ki bunun ən möhtəşəmlərini (Qetsbisiz :D) sıralıya bilərəm. Şəxsən mənimçün maraqlı yazılar idi. Maraqlı da deyə bilmirəm e, təsiredicimi deyim, hisslimi deyim, xoşmu deyim?
Elə xoş deyəsən ən düzü olar. Xoş kitabdı :)

Beləliklə, nazik kitablar silsiləmdə saydığım bu kitablar seçimim oldu. Hal-hazırda isə mənə güclü motivasiya, özünə inam lazım olduğu üçün yenidən, türklər dimiş "kişisel gelişim" kitablarından biri olan Mumin Sekmandan "Hər şey səninlə başlar"ı əlimə almışam :) və ikinci kitab kimi də, yenə Ahmet Batmana müraciət eliyib digər kitabını "Sabah uykum"u balışımın altına qoymuşam, vərəqləmişəm amma hələ balşamamışam. Bəzi-bəzi hisslər kimi :)


Bu bir ayda oxuduğum kitabların hesabatı oldu deyə bilərəm. Kitab oxumaq insanı sakitləşdirir və mən də bu yolla sakitlik tapdım. Kitab oxumaq gözəldir, etibarlıdır, tərk etməyəndir...

Xoş qiraətlər! :)



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)