SİZ DƏ SAKİTLİK AXTARIRSIZ? :)

Keçən 2014-cü ildə həm yeni il, həm də doğum günü hədiyyəsi olaraq nə qədər kitab əldə edən mən, təsəvvür edirsiz bu il bircə kitab olsa belə hədiyyə almadım. Belə də iş olar? :D
Bunu nəzərə alaraq, keçən həftənin işdən sonrakı işimin az olduğu bir günündə kitab mağazasına üz tutdum. İçim sakitlik istəyəndə gördüyüm ilk işlədən biri də
Nizami muzeyindəki Akademkitabxanada kitabların içində eşələnməkdir. Ona görə də fikrimdə xüsusi bir kitabın olmamasına baxmayaraq, kitabların içində gəzişərək özüm üçün 2 kitab seçdim. Və beləliklə:
  • Ceyn Ostin - Qurur və qərəz
  • Makim Qorki - Uşaqlıq 
- 2015-ci ilimin ilk kitabları oldu. Görünən açıq kitab isə Remarkın türkcə oxuduğum "İnsanları sevmelisin" əsəridir və sən demə nə vaxtsa rus versiyasını da alıb kitabxanama qoymuşammış. Ümumiyyətlə Remarkın hansı kitabını görsəm alıram dil fərqi yoxdu. Sevirəm onu, nə edim axı? :)

İçimi sakitləşdirmək, yorğunluğu çıxarmaq üçün digər metod, düzəltməyi yeni öyrəndiyim zəncəfil çayıdır. Paxıllığım ancaq kitablarımı bölüşmək olduğu üçün çayın reseptini asanlıqla bölüşə bilərəm sizlərlə. Deməli, 1 fincan üçün 2çay qaşığı balın üstünə qaysı boyda zəncəfil (imbir) kökünü xırda xırda doğrayıb üstünə təzə qaynamış su əlavə edirik. Sonra bir dilim limon, əgər varsa portağal qabığı atıb qarışdırıb üstünü bağlayıb 5dəqiqəlik dəmə qoyuruq. Zəncəfilin sevdiyim ətri və acı dadı mənə rahatlıq gətirir. Hətta ölçüsünü nəzərə alaraq sevimli narıncı fincanımda yox, daha iri fincanda hazırlıyıram çayı :)

Ümumiyyətlə, mənə görə insanın daxili sevdiyi insan və ya insanları görəndə, sevdiyi işlə məşğul olanda sakitləşir. Birinci qeyd etdiyim insan faktoru çox vacib olsa da, məşğuliyyətin özü də birbaşa daxili rahatlıq və sakitliklə əlaqədədir. Beləki məni kitablar qədər sakitləşdirən digər məşğuliyyət isə rəsm çəkməkdir. Tamamilə həvəskar və heç bir fitri istedadımın olmamasına baxmayaraq, karandaşımı akvarel kağızının üstündə həvəslə qaralayıram.

Əvvəl və sonra :)


Mən bu rəsmi cızma qara edəndə bacım audit işini görərək rəqəmlər, məsələlər, çətin və başım heç çıxmayan mühasib işlərinin içində itib bataraq, öz özünə danışa danışa işini həll edirdi. Bir anlıq durdum, ikimizə də baxıb qəfil güldüm. "Biz indi necə də tamamilə fərqli fəqrli işlərlə məşğuluq" dedim. Şişmiş başını komputerdən ayıraraq mənə qoşulub güldü xeyli. "Həqiqətən də" dedi. Mənsə rəqəmləri necə sevmədiyimi bir daha anladım.

Mənim içim sakit idi,
..yeni kitablarım
..pəncərəni açıq saxlayaraq içimə çəkdiyim təmiz hava
..yumşaq xalça
..rənglərim
..isti şokoladım
..zəncəfil çayım
..ailəm, sevdiyim, sevdiklərim
və axşam 11in gətirdiyi sakitlik :)

Sakitlik axtarırsınızsa çox yox, günün sadəcə 1saatını özünüzə həsr edin. Və mən "özünüz" deyəndə, yatmağı, yuxunu və ya sosial şəbəkələrdə, internetdə keçirilən vaxtı nəzərdə tutmuram.

Comments

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)