DÜNYANIN MƏRKƏZİ...
Parkın yerdəki dairəvi naxışının düz mərkəzində dayanıb
ayaqlarına baxdı və əlini tutan əli bərk-bərk sıxaraq başını qaldırıb soruşdu:
- Sənin üçün dünyanın mərkəzi haradır?
Nəsə düşünüb əyildi və dodaqlarından öpüb ehmalca qucaqladı
və sakit səslə pıçıldadı:
- Səni öpə bildiyim, səni qucaqlaya bildiyim hər yer mənim
üçün dünyanın mərkəzidir.
Xoşuna gəldi.
Üç addımdan sonra özü dartınıb öpdü.
- İndi bura mərkəzdi?
Güldü. Başıyla təsdiq elədi.
- Hə əlbəttə. Bəs necə!?
Onun da xoşu gəlmişdi.
Beş addımdan sonra yenə dartınıb öpdü?
- Bəs bura? Bura da?
- Bura da. Mən dünyamın mərkəzini özümlə apara bilirəm. Sən
olan hər yerdi, hər yer..
Artıq dartınıb öpmədi. Bildi çünki addımlarının sayından
asılı olmayaraq əl-ələ tutub gəzdikləri, dayandıqları, oturduqları hər yer
dünyalarının mərkəzi olacaq.
Başını yuxarı qaldırıb qırmızımtıl səmaya baxdı. Yer
kürəsini düşündü. Dünyanın mərkəzində idi. Dünya mərkəzi idi..
Həyatdan bir parça...
| The Little Prince |

Comments
Post a Comment