02.02.2013 - TABRiZ - BAKI 12.03.2013

Haşiyədən kənar: Uzun müddət olar ki, azad zonamın azadlığı hisslərimin dustaqlığı altında qalıb. Ona görə də aylarla boş qalan səhifələrimi azdan çoxdan nələrləsə doldurmaq qərarına gəldim. Hər şeydən bir az, bir az.. Onsuzda nə blogumda boş qalan o günləri, nə də həyatımda yaranan o ölçüsüz boşluğu heç nə heç vaxt doldura bilməyəcək... 

O TAYDAN GƏLƏN VAR..

Təbriz.. Bu şəhərin keçmişi haqqında uzun uzadı dəlillərlə filan danışmaq olar. Amma mən bunların hamısını bir linklə atdım vikipediyanın boynuna və bizim tarixlə 2013, Təbrizin tarixi ilə 1991 ci ilini yaşayan şəhər haqqında gördüklərimi, müşahidə etdiklərimi,, eşitdiklərimi yazmaq qərarına gəldim. Bir ay  içində Təbrizə iki səfərim oldu. Özlüyümdə "sağlamlıq səfəri" adlandırdığım bu səfərimdən həmişə olduğu kimi yenə də çox şey öyrənə, görüb götürə, ən əsası nəticə çıxara bildim. 

Əvvəlcə onu deyim ki, bir vaxtlar 90-cı illərdə bizlərin həsrətlə baxdığı Təbrizə indi Təbriz həsrətlə baxır. İnkişafı, dinamikası zəif olan şəhərim.. Şəhərim dedim, çünki orda qətiyyən qəribçilik hiss eləmədim. Dil eyni, din eyni, ərazinin adı eyni. İnsan həqiqətən, necə deyim, yana yana qalır... Bizə orda o taydan gələnlər deyirdilər. Və qəribəsi də budu ki onların əksəriyyəti üçün Şimali Azərbaycan yalnız Bakı şəhərindən ibarətdir. 

Təbrizə çatan kimi bizi qar, dolu qarşıladı. Bakının küləyi orda olmadığı üçün şaxta çox hiss olunmurdu. Qara baxmayaraq Təbrizi gəzməyə imkan edə bildik. Əvvəlcə səfərimiz Məhəmməd Hüseyn Şəhriyarı ziyarət etmək oldu. Ordan çıxıb Şah Qacar nəslinin ev muzeyinə getdik. Tarixlə dolu məkan.. sonra Şah gölü adlı məkana, təbrizlilərin yayda ən əsas istirahət məkanlarından birinə baş çəkdik. Orda olarkən inqilabın 30 neçənci il dönümünü qeyd etdilər. Küçədə mitinqlər, qadınların qara çarşaba bürünb bayrağ daşıması, vertalyotların az qala otelin içinə qədər keçmələri filan. Qəribə səhnə idi və nümayişdən sonra yerdə tapdalanan  DOWN USA, DOWN ISRAIL şüarlı plakatları maraqlı səhnə yaratmışdı. Az qalmışdı yaddan çıxsın :) yağışlı günlərin birində də özümüzü yağışın əlindən cizgi muzeyinə atdıq. Çox maraqlı, düşündürücü karikaturlar var idi orda.
Təbrizdə olarkən demək olar ki, ilin 4 fəsilini də yaşadıq.

Yeməklər Bakıdakı kimi dadlı deyil..
Hava Bakıdakı kimi şaxta deyil..
İnsanlar Bakıdakı kimi sərt və qayğılı deyil..
Əhali Bakıdakı kimi çox məlumatlı deyil..
Xalq Bakıdakı kimi rejimdən çox narazıdır..

Orda diqqətimi çəkən, məsələn sən birinə çox sağ ol deyəndə o sən də sağ ol demək yerinə xahiş eliyirəm, ya da qurbanam deməsi oldu :) 
Orda diqqətimi çəkən, taksi şoferlərinin gediş haqqını almazdan əvvəl qonağım ol deməsi oldu.
Orda diqqətimi çəkən, küçədə yumurta kartofdan lavaşarası düzəltmələri oldu.

Bu zaman kəsiyində Məşhəd şəhərini də ziyarət eləmək imkanı qazandıq. O artıq başqa bir aləm idi. Bacımın ayaqqabısının tayını itirməkdən tutmuş mənim öz ayaqqabımı ona verib ayaqyalın gəzməyimə kimi :) ora ilə bağlı təəssüratlarım daha başqadır və xatirimdə yaddaşımda daha başqa cür qaldı. Ona görə də o incə məqamlara toxunmamağı qərara alıram....

Təbrizə ikinci səfərimiz daha qısa müddətli oldu. Keçən səfərin nisbətən çətinliyini bu dəfə artıq arxada qoymuşduq. Və atam demiş "əsil turist" idik. :) 

Səfərlərdə görüşərik ;)

Maraqlı anlar tutmağa çalışdım. Fotoaparatım həmişəki kimi yanımda idi =)

İndi isə şəkillərə baxaq.
İzahlı da izahsız da pulsuzdur :)



Təbriz pişikləri          



dükanın qabağından keçəndə qovrulmuş badamın iyi gəlirdi və almadan keçə bilmədik :)



Şəhriyarın məqbərəsi daxildən və xaricdən


qarlı Təbriz...

Qacarın ev müzeyi



Məni tapın :)

freeeeeee...

Tarixi məscid

Təbriz bazarı

Məşhəd hava limani ilə üzbəüz məscid

free time - tea and book

cartoon museum


Facebookda tez-tez rast gəldiyim karikaturanın müəllifi iranlı imiş

yağışlı Təbriz...

Təbrizdə küçə sənəti olduqca inkişaf eliyib :) doğru sözümdü

İnqilabın ildönümü ilə əlaqədar nümayiş.
p.s. otelin pəncərəsindən fotoaparatı maximum zoomla çəkmişəm.



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)