TƏZAD?

Hər səhər olduğu kimi bu gün də yemək bişirərkən mətbəxin pəncərəsindən arabir gəlib gedənlərə, xadimənin yeri süpürməyinə, işə tələsənlərə, maşın silənlərə baxırdım. Bir şey də diyim ki bu bədbəxtlikdimi ya nədimi bilmirəm bütün həyətlərdə mütləq bir "yaxşı olmayan", "adı çıxan" qadın olur. Bizim həyətimizdə də belə bir tumluğ var. Bu gün səhər o qadını da müşahidə elədim yaxşıca. Sözüm onun şəxsi həyatında deyil, qonşuların onun haqqında nə dediyi də məni heç maraqlandırmır. Bu gün gördüyüm başqa bir şey idi. Həmin qadın hündür dabanlı, lasinalı giyimi, qatı makiyajı ilə küçə pişiyinin qabağına yem tökürdü. Həqiqətən də pişik onun deyil. Yemi töküb maşınına minib getdi. Hiss olunurdu ki həmin an heç kəs vecinə deyil, diqqət cəlb etmək fikri də yoxdu. Sadəcə pişiyi bəsləyirdi həmin an o qədər.. kim bilir kənardan milyonlarla söz deyilən "pis" adı yapışdırılan "o" qadınların həmin o söz deyənlərin görmədiyi nə qədər bu cür xasiyətləri var. Kim bilir axı...

Comments

  1. "Sizin haqqınızda o qeder dedi-qodu eşitmişem ki, eminem siz çox gözel insansınız" - Oscar Wılde

    :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)