İSTANBUL, NAĞILLAR ŞƏHƏRİ YOXSA BÖYÜK MEQAPOLİS - 04-11/V/2014 -

İstanbul.. arzular şəhəri
İstanbul.. haqqında hüzünlü şeirlər yazılan şəhər
İstabul.. mədəniyyətlərin, dinlərin kəsişdiyi əsrlərin şəhəri...


Uzun müddət gərgin iş periodundan, xəstəlikdən (üstünüzə sağlıq), mənəvi və fiziki çətinliklərdən sonra bir həftəlik başımı da, çamadanımı da götürüb ürəyimin istədiyi, gözlərimin görmək üçün tələsdiyi o şəhərə, İstanbula getdim. Düşündüyümdən bir balaca məhdud keçirtsəm də günlərimi, heç nəyə fikir vermədən İstanbulun o tarixinin, böyüklüyünün, qəribə sirrinin, baş açmadığım, əslində düşündüyümdən və bildiyimdən bir qədər fərqli olan gördüklərimin, dünyanın hər bir bucağından gələn insanların içinə qarışdım.

Əslində orda qaldığım müddət ərzində o qədər çox gördüm, müşahidə elədim, öyrəndim ki, amma təbii ki hamısını bura yazıb doldura bimərəm :) həm də İstanbul elə bir yerdi ki, ora çox insanın getməyə əli çatır. Tək fərq ondadı ki, mənim görmək arzusunda olduğum 3 şəhərdən biri idi. Həm də ilk dəfə gedəndə həmişə təəssüratlar daha böyük olur axı. 

Gördüklərim:

* Gəldiyimiz günü kiçik tanışlıq və istirahətdən sonra, ucuz tramvay vasitəsindən başımız çıxmadığı üçün bahalı taskidən istifadə edərək getdiyimiz, gəzdiyimiz birinci yer Taksim meydanı oldu. Meydana gedən şəkillərdə çox gördüyüm amma həyatda görmək qismət olmayan həmin qırmızı tramvayın olduğu "cadde"də ağzımı açıb o tərəf bu tərəfə baxırdım. Dünyanın hər yerindən, nə millətdən istəsən görə biləcəyin küçə bu başdan o başa kimi hadisələrlə dolu idi. Hər iki tin başı gitara, Qaradəniz musiqisi, qarmon, kontrabas çalıb oxuyan kim, aksiya keçirib azadlıq istəyən kim, söhbət edən, öpüşən, gəzən, böyük bir ətrafda toplaşıb söhbət edən kim.. və ən əsası heç kəsin heç kəsədə işi yox. Elə o küçəni gəzərkən düşündüm ki İstanbul mənə danışılan o nağıllar, sehirlər şəhəridimi, yoxsa gördüyüm qarışıq, içində bata biləcəyin bu meqapolis? Və əslinə elə o onda.. nə isə şəhər haqqında fikirlərimi sona saxlıyıram :) 

* Sulta Ahmet Camisi qaldığımız otelin yanında idi. Səhər tezdən turistlərin şirin yuxuda olmasından istifadə edib məscidə bir təhər girə bildik. Məscid tarixi və möhtəşəm olduğuna görə ziyarətçilər üçün "muzey", dindarlar üçünsə ibadətgah idi və buna görə də qeyd etdiyim üzrə iki yerə ayrılmışdı. Və bir "muzey" kimi biletsiz, türkcə desəm "ücretsiz" getdiyim tək yer oldu. Və demək olar ki, hər gün Hipodrom meydanını gəzib, Sultan Ahmet Camisinin azanına gündə 5 dəfə qulaq asdıq. Bir gecə gəzintisində isə, insanların əli ayağı demək olar ki çəkilən vaxtda getdik məscidə. Dualar...

* Sultan Ahmetlə üzbəüz, otelimizin düz pəncərəsinə baxan Ayasoyfa bildiyimiz kimi kilsədən məscidə çevrilən, xristianlardan (Bizans) müsəlmanlara (Osmanlı) keçən tarixi abidə. Onu deyim ki, divarlarında nə qədər Allah, Məhəmməd yazıları asılsa da, minarələr tikilsə də, Ayasofya şəxsən mənə kilsə təsiri bağışlayırdı. Mozaikalar, İsa, Məryəm, divarda qədimdən qəlibləri qalmış xaç işarələri. İkinci mərtəbəsinə qalxarkən bizim Qızqalasına qalxmaq üçün fırlandığımız pilləkənə oxşayan daşlarla burula burula mozaikaların yanına çıxdıq. Allah və Məhəmməd yazılarının ortasında Məryəmin mozaikası dinlərin kəsişdiyini göstərən çox gözəl görünüş idi. 

* Ayasofyadan aşağı küçədə Yerəbatan su anbarı çox illər əvvəl tvdə baxdığım bir verlişdə marağımı çox çəkmişdi. Canlı görmək başqadı təbii ki. Qaranlıq su anbarının içində gəzdikdə işıqlandırma, rütubət, fonda verilən musiqi, anbarda üzən balıqlar, sudakı qəpiklərin parıltısı insanı qəribə əhval ruhiyyəyə bürüyürdü :) aşağı düşdükdə əyri qoyulmuş meduzalarrın başını gördük. Anbara  Bazilika Sisterni də deyilir.

* Topkapı Sarayı Osmanlı tarixinin əsas memarlıqlarındandır deyə bilərəm. Azı 4 saat vaxt sərf olunan saray tək kəlmə ilə möhtəşəmdi. İllərin, əsrlərin tikililərini gördükcə, bir zamanlar Sultan Səlimin, onun oğullarının, ümumiyyətlə bütün sultan nəslinin gəzdiyi dəhlizləri gəzdikdə içimdə qəribə hisslər yaranırdı. Hərəmxanadkı əsrlərlə orda qalan güzgüyə baxanda, naxış dolu otaqları gəzəndə hər addımda neçə əsr əvvələrə gedib çıxır, oxuduğum, bildiyim məlumatları gözümdə canlandırırdım. "Kutsal emanetler" otağında Kəbənin açarı, Musanın əsası, Məhəmməd peyğəmbərin saqqalı, dişi, əbasının qabı, Hz. Fatimənin, Hüseynin paltarları və bu kimi çox ekspanatlar var idi. Ora hər dəfə getsən hər dəfə təzə nəsə görüb, təzə məlumatlar, tarixi faktlar öyrənə bilərsən. Türkiyənin ən məhşur serialı olan "Mühteşem yüzyıl"a baxmasam da məlumatım olduğu üçün ordakı hadisələrlə baxdığım otaqlar, oxuduğum məlumatları müqayisə edir və hər dəfəsində heyrətlənirdim.

* Havanın yağışlı və soyuq keçməsinə baxmayaraq gəmidə Boğaz turunu da etdik. İstanbulu qarış-qarış gəzməsəkdə gəmidən görməli yerlərin hamısını bir bir bizə göstərdilər. Boğazdan keçib Anadolu hissəsini fırlandıq. İstanbulu uzaqdan müşahidə elədim, tarix ilə müasirliyi müqayisə elədim və "Kız kulesi"nə də baş çəkib qayıtdıq :) 

 

Kitablardan:

Yola düşməzdən əvvəl kitab rəfimin qabağında durub oxumaq üçün hansı kitabı apara biləcəyimi düşündüm. BƏƏ gedəndə Nabakovun "Lolita"sını aparmışdım və bir səhifədən o təfə keçə bilməmişdim. Yalnış seçim idi oxuduğum ilə olduğum məkan uyğun gəlmirdi. Bu dəfə o səhvi eləməmək üçün bir az düşündüm. Əvvəlcə Remarkı aparmaq istədim, amma sonra durdum.. Türkiyədə bir türk yazarının kitabını oxumaq daha düzgün olacaq düşündüm və Elif Şafakın "Ustam ve ben" kitabını atdım çantama. Bu qədər doğru seçim ola bilməzdi, özüm də bilmədən Osmanlı tarixinə, Sultan Süleymana, Hürrəm sultana, Mihrimaha uzanmışdı əlim. :) Bakıya gəlsəm də oxumağa davam edirəm.  
Kitab almaq üçün əvvəlcə Taksimdə bir bookshopa baxdım. Qiymətlər heç də ucuz deyildi, yəni türk kitabları Bakıda nə qiymətədirsə demək olar ki orda da o qiymətədir. Ona görə də BakuMoza rahatca etbar edə bilərik. Buna baxmayaraq, iki kitab seçdim. Amma içimdən ikinci əl kitab almaq keçirdi və bunu həyata keçirmək elə də çətin olmadı. Yağış yağmasına baxmayaraq İstanbulda sonuncu gün Kapalı Çarşının solunda Sahaflar Çarşısı deyilən yerə getdim. Hər tərəf kitab idi, ikinci əl, yeni, uşaq, dərslik fərqi yox idi. Hər tərəf kitab idi. Özümə 6 dənə ikinci əl aldım :D

Olanlardan və ya müşahidələrim (fotolarda):

- bahalıqdır, ərzaq baxımından
- hər yerdə olduğu kimi orda da fırıldaqçılar az deyil
- mərkəzdə gəzəndə türk görəndə sevinirdik, çünki hər tərəf turist qaynıyır (və neyçünsə turistlərin də 80% qocalardır :D )
- qovrulmul şabalıd, qarğıdalı, smit, macun, maraş dondurması və dondurmanı verəndə aldadan o satıcı oğlanlar :) 
- gecə saat 10-dan sonra xırda alverçilər meydanın ətrafında satışa başlayırdılar.o vaxt bazarlıq eləməyin yeri başqadı :)
Əhvalat: axşamların birində şəkil almaq üçün həmin səyyar satıcılardan birindən qiymət soruşdu bacım. Mən də "bu şəkil asmaq üçündür?" sualını verdim və satıcı mənə çəp-çəp baxıb "yok, yemek içindir." deyib güldü, sonra bir iki söhbətdən sonra "sen çok cingözsün, afacansın kardeşlerinin arasında var ya, sen öyretmen olursan cocuklara yazık." o qədər gülmüşdüm ki :) Bacım şəkili aldı və səhəri gün mən də "cehiz" olara o şəkildən almaq üçün axşam şəhərə düşdüm. O satıcı orda olmadığı üçün mən də başqa bir satıcıdan aldım. və tammmm qayıdarkən gördü mən üzümü şəkillə bağladım, gəldi arxadan baxdı mənə "tanıdım seniii bir de utanıyor yüzünü bağlıyor. bende bak resimlere git ötekinden al ha? bir ömür evde kal inşallah, hiç kimse almasın seni benim gibi evde kal. bak 41 yaşım oldu hiç bir kız bana gelmedi, seni de kimse almasın inşallah. ohhh iyi olsun sana beddua yaptım" deyəndə öldüm gülməkdən. Dedim "mən özümə cehiz alıram  siz mənə gör nə deyirsiz. olmaz axı belə, heç olmasa ürəkdən deməyin", "evde kalıcaksın sen" dedi və bacım ondan daha bir şəkil aldı amma mən almadım ))) indi fikirləşirəm ki, bu satıcıyla mənim nə işim var idi ki indi elə pis pis bəd dualar elədiki mənə? :D amma xeyli gülmüşdüm kişiyə. heç nə olmaz, bal ayına gedəndə taparam o kişini və evdə qalmadığımı göstərərəm ))
- gecələr istanbul başqa dünya olur sanki. ailəlikcə qaçqınlar var orda, Suriyadan ya başqa ölkələrdən, yağışda soyuqda bir qırağa büzüşüb oturur, Mcdonaldsdan aldıqları balca boy kartoşka ilə hərəsinə 3-4 dənə yeyib qarınlarını doyururlar. Əsas da ən çox gecələr görünürlər onlar. Olduqca təsir elədi mənə o görüntülər. Çünki onlar yaşamaq üçün qaçıblar, ölümdən qaçıblar və bura sığınaraq gələcəklərindən bixəbər, naməlum özlərini həyatın axarına buraxıblar..
- yeməkləri gözlədiyim qədər dadlı deyil, çay isə heç dadlı deyil
- tramvayları olduqca rahatdı
- küçə sənətindən geninə boluna istifadə edirlər
- İstanbul akvariumu, balıqlarla dolu özünü dənizdə hiss etdiyin yer :) 
- küçədə toxucular elə küçədəcə toxuduqları corabları, papaqları, əlcəkləri satırlar. mən də birini aldım :) 
- Boğaza baxa baxa məhşur yarım ekmek balıq  :) 
- Albatroslar..
- Xəzərdən gələn neft iyini boğazda balıq iyi əvəz edir
- Son gün balıq lokantasında  boğazın sahilində rakı, balıq süfrəsi :D

Fikirlərim:
.. yaşıl şəhərdir İstanbul
..olduqca yaşlı şəhərdir İstanbul
..yorğundur
..güclüdür
..baş açılmır, sehiri var sanki İstanbulun
..özünün də inanmadığı nağılı var
..böyükdür İstanbul
..insanları uda biləcək, boğa biləcək qədər qorxuludur
..səhərləri nəhəngdir, qarışıqdır, sıxdır - meqapolisdir
..gecələri sakitdir, sakitliyinin içində gizlədiyi çılğınlıqdır - nağıldır İstanbul, 
bir meqapolisin nağılıdır. . .

 
P.S. uzun yazı, uzun tarixi olan sevdiyim bu şəhər üçün..
 Səfərlərdə görüşərik :)

Fotolar:




Kamal Paşam :)


 AyaSoyfa



 
Sultan Ahmet Camisi


 TopKapı Sarayı





AyaSofya gecə - gündüz


  

                                          Küçə sənəti                                                               Küçə musiqiçiləri :)


          Sevdiyim ramaşkam :)                                             Sevdiyim kitablarım :)



    Uzaqlardan gəlib uzaqlara gedən kruiz gəmi                                Tramvay - Sultanahmet stansiyası




 Bizi aldadan o cavan oğlan :)                                             Hər gün səsinə durduğumuz martılar


                     Nemo istanbulda                                                                        Akvarium














               İstanbul....


Rakı içdim :D


Və mənim qalın isti tureцski corablarım :))))





çəkdiyim şəkillərdən kiçik bir video hazırladım və youtube ilk videomu yüklədim :) 
music: Eleni Karaindrou








Comments

  1. Həmişə gəzməklərdə :)

    ReplyDelete
  2. Həmişə gəzməkdə :) Postu oxudum və yenə getmək istəyirəəəm.

    ReplyDelete
    Replies
    1. Çox sağ ol Sevinc, inan təzə gəlsəm belə mən özüm də yenə getməy istəyirəm :) təəssürat böyükdür

      Delete
  3. Mən İstanbuldan anama bir məktub yazmışdım, indiyə qədər özündə saxlayır :)) O şəhəri tamam başqa cür təsəvvür edirdim. Gözlədiklərimi görmədim, gözləmədiklərimi gördüm.

    ReplyDelete
    Replies
    1. Nə maraqlı.. :)
      Səninlə tamamilə razıyam. Mən də başqa cür təsəvvür edirdim əslində.

      Delete
  4. Salam,Sebine xanim.sizin blogunuzu yeniden nece oxumaq olar?uzun muddet idi ki,oxuyurdum,artiq asililiq yaranibdir:)
    Burda yazdigima gore uzrlu sayilsin, basqa vasite tapmadim.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)