BU GÜNÜN MÜŞAHİDƏSİ


Mən yolda olanda ətrafı müşahidə eləməyi çox sevirəm. Müşahidəmin əsasını da diqqətli olmaq yox sırf müşahidə eləməy tutur. Elə ola bilərki başqalarının diqqətini çəkən hadisə mənim gözümdən tamamilə yayına bilər. Çünki həmin anda heç kəsin fikir vermədiyi məsələdə olacaq fikrim :)
..keçən bu günümə.
Avtobusda oturub işə gedirdim. Playlistimdəki köhnə mahnılarımnan feyziyab olurdum[bir ara vaxt eliyib mütləq yeniləməliyəm playlistimi :) ]. Fikrim də başqa yerdə idi.. daha doğrusu "başqa insanın" yanında. Sözün qısası ATV kanalını keçəndə bina ilə üzbəüz mərmər daş yazılan obyektin qabağında 10-15 nəfərin yığılıb gülüb danışdığını gördüm. Nəzərimi cəlb elədi və bir az da diqqətnən baxanda  Arif Quliyevi əhatəyə aldıqlarını, onuynan bir yerdə güldüklərini gördüm. Qəribə oldum.. çünki məhz dünən kanalların birində Arif Quliyevin hönkür-hönkür ağlamağını və arxadan jurnalistin - bu qədər dərdin içində bu qədər insanı güldürməyi necə bacarır - kəlməsini xatırladım..
Avtobus isə bir az da qabağa sürdü. Şəhər qəbirsanlığının yanında maşın təmiri yerində bir kişinin maşının motoruna baxdığını, 7-8 yaşında bir qızınsa başını atasıyla bir yerde maşının içinə saldığını gördüm. :) çox maraqlı görünüş idi. Bu iki məsələni müqayisə eliyob fikirlərimin içində çulğalaşır, əlləşib vuruşurdum ki, sürücü adəti üzrə "mətbuatda düşən olacağ?" sualını verdi. Arxa oturacaqlardan bir kişi "saxla bala" dedi.. avtobus saxladı, kimsə düşdü.. Əlində əsa bir ayağını çəkə çəkə bir kişi avtobusun ön tərəfinə doğru irəliləyirdi. Paralicdən əziyyət... arxa qapıdan ön qapıya qədər kişinin qət elədiyi məsafə zaman baxımınnan yarım saat kimi bir vaxta bərabər oldu mənim üçün. 20 qəpiyi verib avtobusun keçməsini gözdəmək üçün dayandı.. kişinin üzünə baxdım, gözlərinə... əziyyətigördüm orda nələr nələr gördüm.. avtobus ötdü keçdi.. sürücü o kişini unutdu.. mənsə dondum.. qulağımda isə T9 oxuyurdu "vdox vıdox"..
..77 nömrəli yaşıl avtobusdan.

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)