İLİN SON YAZSISI - IV -

Biz keçən əsrin uşaqlarıyıq.. 1900-lərdən 2000-lərə gəlib çıxmışıq, son nəsilik... Biri iki edə bilən müəyyən kütləyə qarışmışıq. Əsri dəyişdik, illəri dəyişdik, özümüzü dəyişdik, ətrafdakıları dəyişdik..
Hər yeni ilin ən azı bir yeniliyi ilə təqvimi cırıb tulladıq.. Biz BİZ olmağı bacarana qədər nələri itirdik.. nələrdən əl çəkdik.. kimlərlə, nələrlə imtahana çəkildik... hansı əziyyətləri sinəmizə sıxıb dərdi özümüzə dərd yox dost bildik...

2013..
daha ötən ilin aldığını səninlə sağaltmaq asan olmadı ki..
..çətinlikləti ört-basdır eləmək
..günahları gizləmək
..olmazlara girib bataqlıqlarda batmaq
..özünü mələk kimi göstərib şeytanın paltarında gəzmək
..yalançı gülüşlərə sarılıb, qəhqəhələrlə içdən-içdən ağlamaq
..kobudlaşmaq
..vecsizləşmək
..özünü anlamqşı kimi göstərmək, amma heç kəsə məhəl qoymamaq

sonra.. sonraysa yavaş-yavaş anlamağa çalışmaq, anlamaq
..səhvləri qarış-qarış düzəltmək
..ayrılıqlarla barışmaq
..itkini içində ən gizlin yerə saxlamaq

..və yeni həyat üçün nələrsə düşünmək. . . .
yeni həyat :)

Müxbir mənə mikrafon uzadıb soruşsa ki, 2014-ə nə kimi planlarınız var?
Cavabım - YAŞAMAQ! - olardı.. sadəcə yaşamaq...
sevdiklərim üçün...

..xatirələr
..kitablar
..musiqilər
..dostlar
..gəzməklər
..yeməklər
..gülüşlər
sevgi...
..bir az göz yaşı
..bir az kədər
..bir az həsəd
..bir az çətinlik
..bir az bezginlik
..bir az darıxmaq
tək sözə sığacaq hər şey..
YAŞAMAQ! ;)

p.s. əgər evdə yolka qursaydıq, bu internetdən yüklədiyim şəkilin yerinə qurduğum yolkanın şəkili olardı,
amma ikinci ildir artıq. . .
onsuz, onunla. . . !




Comments

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)