OŞO BELƏ DEYİR, BƏS MƏN!? :)

İnsan həyatında elə zamanlar olur ki, insanın özü ilə, fikirləri ilə tək qalmaq və yaşadığı yeni və gözlənilməz hadisələrdən özünü qoparıb köhnə həyatına atmaq istəyi yaranır. Əslində başqalarında bunun olub olmadığını bilmirəm, amma şəxsən məndə belə hallar zaman zaman özünü göstərir.. köhnə həyat dedikdə, adətən digərlərinin monoton adlandırdığı gündəlik günləri nəzərdə tuturam, rutinlər, bir-birindən fərqlənməyən saatlar. Hansı ki buna öyrəşmisən, bu rutinlə, bu şablonla yaşamaq sənə xoşdur.. Bəlkə də xoş deyil, elə öyrəncəlikdir.. hər nə. Birdən nələrsə baş verir və bu köhnə həyatından dartıb çıxarır.. "Yeni olan köhnə" həyatımdan... Əslində isə mənim bir də öz "köhnədən də köhnə həyatım" var və onun üçün nə qədər darxımışam, bunu heç kəsə başa sala bilmələrəm....

Sözüm onda deyil...

Bu gün son zamanlarda rutin həyatımın ritmini dəyişən hadisələrdən özümü qoparıb "yeni olan köhnə" həyatıma ata bildim. Və təbii ki həyatımın ayrılmaz hissəsi olan kitabların üsdünə qaçdım. :)
Üstünə tonlarla torpaq tökülən "sevgi" anlayışımın yenidənbərpası üçün bir neçə vaxtdır ki, bu səpkili kitablara üstünlük verirəm. Elçin Səfərlidən sonra oxuya biləcəyim sevgi əsərinin axır günlərdə olduqca çox popular 
olan Ahmet Batmandan "Sabah uykum" və "Soğuk kahve"ola biləcəyini düşündüm. Maaşımı almağa hələ var. Bəs nə eliyə bilərəm? :) həmin kitabların uçuz satıldığı bir yeri bilirəm ora gedə bilərəm məsələn və getdimmm.. Getməyinə getdim amma təəssüf ki kitablar çox məhşur olduğu üçün artıq qutarmışdı :( 
Mən də başdadım digər kitablara baxmağa - elə belə ... 

..və budur!

Oşodan aldığım ilk kitabdı. Əslində mənə elə gəlirdi ki, Oşodan heç vaxt heç nə almayacağam. Amma bu balaca kitabcıq diqqətimi çəkdi - "ÖNCE KENDİNİ TANI, SONRA İLİŞKİ İSTE".

Beynimdə suallar formalaşdı:

..mən münasibət istəyirəm ki?
..özümü tanımıram ki?

Heç nə göründüyü kimi asan deyil düzü.


Cavab tapmaq istəyi ilə ...


Comments

  1. Mən də Oşodan nə vaxtsa nəsə oxuyacağıma inanmıram. Oxuyandan sonra fikirlərini bölüş, bəlkə kimlərsə sənin kimi fikrini dəyişdi :)

    ReplyDelete
    Replies
    1. Mütləq ;)
      Əslində oxuduğum ilk cümlə mənim, sənin elə hamımızın bildiklərimizdir. Düşündüm ki, bəlkə də hamımızın daxilimdə bir Oşo yatır, neyçün də yox? :))

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)