YAXINLARIMIZDAN DA YAXIN OLANLAR... Leylək Xəlifə
Onu ilk dəfə ötən ilin payızının ilk ayında tanıdım.
Çox adi təsadüf, kiçik bir şərh, göndərdiyim məktub.. və beləliklə onun zəngin, geniş, böyük dünyasının bir pəncərəsindən mən də boylandım. Nə dostdu, rəfiqə. Nə tanışdı, nə biliş. Nə hər zaman yanımdadı, nə həmişəlik uzaqda. Hamı kimi deyil, amma hamıdan fərqli də deyil.
..o bir nağıl qəhrəmanıdı :)
Amma onu mən özümdən uydurmamışam.
..o səssisliyimi pozan uzaqdan eşitdiyim bir səsdi.
Amma səsi heç narahat eləmədi.
..o yaşadıqlarını mənimlə paylaşan fikirdi.
Amma heç nəyə məcbur eləmədi.
..o təbəssümdü
..o ağıldı
..o mehribanlıqdı
..o səmimiyyətdi
O sevimli Leylək Xəlifədi :)
Bəzən həqiqətən yaxınlarımdan da yaxın oldun mənə. Bunu həmişə hiss eləmişdim. Gün gəldi, əmin oldum.
Təşəkkür edirəm!
______________________
кому: Leylek
Günlər keçdikcə onun əlinin dəydiyi nələrsə azalır..
İllər keçdikcə nə olacaq?
Leylek Xelife 23.12.12
Həyatdan bir parça...
кому: мне
Onun səni hər an gördüyünü, yanında olduğunu hiss etməyə çalış.
Gələcəkdən qorxmaq lazım deyil. Hər şey yoluna düşəcək.
Gələcəkdən qorxmaq lazım deyil. Hər şey yoluna düşəcək.
Həyatdan bir parça...
Deyirsən az da olsa internetin xeyrini görməyək?! :)
ReplyDeletebu xeyirdi düzdü :)
Delete