DƏYİŞƏN TEZLİKLƏR... - BİZ

..heç vaxt heç nə və heç kəs eyni qalmır. bunu kimdənsə tələb etmək ən gülünc və ağlasığmaz isdək olardı bəlkə də. şəkil dəyişir bütün varlıqlar və var olanlar. bir də insanlar.. bizə özümüz qədər yaxın olan insanlar və bizim tanımadıqlarımız... ən pisi tanıdığımıza əmin olub "mənim özüm" dediklərimizin zaman keçdikcə tanımadığımıza günbəgün, qrambaqram istəmədən inanmalı olduqlarımız.. gözlərinin içinə baxanda illərdən bəri tanıdığın o bakiərliyin, saflığın, təmizliyin, o səmimiyyətin itdiyini anlamaq.. hər kəlmədə hiss etdilən soyuqluq.. aranda hər gün bir az da böyüyən ucalan o divar.. iynə kimi sancılan sözlər.. dərk edərəkmi dərk etməyərək mi düşüncəsiz deyilən cümlələr və üsr istəməmələr.. xəstə olanda belə "necəsən?" sualını verməmək..

suallara qaçıram axı hər dəfə - mənmi çox dəyişdim? kədərmi məni belə böyütdü? yoxsa xoşbəxtlikmi səni bu cür dəyişdi? düşüncəsiz etdi? yoxsa mənimi çox düşüncəli etdi? kinli.. sərt.. kobud.. uzun zamandır heç özümüz olmadıq... deyilik.. və artıq çətin də olaq!

insan həmişə sevdiklərindən qayğı gözləyir. insan gözləyir və bunu etməməyi bacarmır. ən əmin şəkildə və qətiliklə "gözləmirəm", "gözləmərəm" desə də qəlbinin ən dib guşəsində, heç kəsin işığının düşməyəcəyi bir yerdə, qaranlıq və qıfıllı otağında gözləyir..

..mənim içim ağlayarkən sənin gözlərin gülürdü
..sən gülürdün deyə mən də gülürdüm
sonadək güldüm həm də..
bacardım.

..sənin gözlərin gülərkən mənim içim ağlayırdı
..mən ağlayırdım deyə sən də ağlayırdın
sonadək bacarmadın..
təəssüf...

..incitdi! unutdum...
yeri qaldı və hər düşüncəsizliyin ağrı verdi(ir)
mən də bacarmadım.

..və beləcə hər şeyin əksinə bir-birimizi hiss etməyi unuduruq. . . .

Bu günkü dəyişən tezliklərdə - BİZ...

ardı var.....

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)