SON ÜÇ KİTAB

Artıq əvvəlki kimi kitabı "su kimi içməyə" elə də vaxt tapmasam da əlimdən, çantamdan və balışımın altından kitabı əskik eləmirəm. Niall Griffitsin sonu maraqlı olsa da cansıxıcı olan əsərindən sonra elə bilirdim ki, kitab oxumağın daşını birdəfəlik atmışam :) Amma şükür ki elə bir şey yaşamadım. Bunun üçün əvvəlcə s*ktir et

deyip terapi keçdim John C. Parkinin eyni adlı əsəri vasitəsi ilə. Kitabın psixoloji bir kitab olduğunu bildikdən sonra əldə etdim və hardasa nələrisə həqiqətən boş buraxmağı və nələrinsə ardınca getməyin lazım olduğunu başa düşdüm. Bəzi cümlələri dərk etmək, özümə aşılmaq üçün 2-3 dəfə oxuduğum da oldu. Əslində 100%-lik təsir edici kitab deməzdim amma, hansısa məqamlarda düşündürməyi bacardı.. Və mən düşünürəm ki, əgər kitabın ən azı bir cümləsi insanı düşündürürsə deməli o kitab vaxt itkisi deyil..

Terapini oxuyyb terapiya aldıqdan sonra sevimli kitablarıma geri dönə biləcəyimi düşündüm və ard arda 3 dənə əla kitab oxudum..
..bir-birindən fərqli
..bir-birindən möhtəşəm
                                          ..bir-biri ilə əlaqəsi olmayan ölkələr və həyatlar...

Xalid Hüseyninin növbəti əsəri "Min möhrtəşəm günəş". Doğum günümdə hədiyyə olunan kitabı sevə sevə

oxudum. 3 günə bitirdim. Əfqanıstanda qadın həyatı - tək deyə biləcəyim budur ki, gözümün qabağına gələn, təcəyyülümdə canlandırdığım əfqanlı qadınların həyatını çılpaqlığı ilə oxudum. Cümlələr yenə mirvari kimi düzülmüşdü. Xalid Hüseynin qələminə heyranam..

..qətiyyən hadisələrin gedişini özün düşünə bilmirsən
..Əfqanıstanın sosial həyatı
..qadınsansa zəifsən düşüncəsi
..və sonda sevgi qalıb gəlir...



Erix Mariya Remark və onun illərlə axtardığım "Üç dost" əsəri.. Kitabxanamın xəzinəsidi bu əsər. Onu əlimə
alanda elə bilirdim ürəyim dayanacaq. :) Doğru deyirəm. Ad günümdə hədiyyə olunan növbəti kitab idi. Heç bir kitaba ona bəslədiyim hisslər qədər çox fərqli şeylər hiss eləməmişdim. Əsər isə Remarkın növbəti şedevri.. Tək kəlmə Remark mənim yazıçımdır. Hətta kitabı əlimə götürəndə dözməyib kitabların danışdıqlarında bir iki kəlmə haqqında yazı yazdım :)

..insan bir gün istəsə də istəməsə də, gözləsə də gözləməsə də sevdiklərini əbədiyyən itirir. . .



Elizabeth Gilbertin "Ye, dua et, sev" əsərini isə çoxdan almaq fikrim var idi. Sadəcə lazımı kitabı lazımı məqamda oxuyanda insan onun xeyrini görə bilir. Əslində kitab zamanına görə insana fərqli fərqli təsir
göstərir. Yəni əgər oxuduğumuz bir kitabı 3 il sonra yenidən oxusaq məncə onun təsir eləməsi də, düşündürməsi də fərqli olacaq. və insan əvvəl anlaya bilmədiyi xirdalıqlara dalacaq - şəxsi düşüncəmdi. Sözün qısası bakumozdan sifariş etdiyim kitabı bir həftə ərzində əldə etdim. Və "Üç dost"u bitirəndən sonra əlimə aldım. Elə bu gün də bitimişəm :) kitab haqqında hisslərim yoğundu... o kitabı nə üçün adlığımı, nə üçün məhz indi aldığımı, mənə necə təsir elədiyini danışmaq isdəmirəm. Bircə kəlmə - təsirsiz ötüşmədi..

..bədbəxtlik
..özünü axtarış
..qərarlar
..səyahət
..özünü tapma
..ruhi rahatlıq
..sevgi. . .

Oxuduğum son üç kitab deyə bilərəm ki ən çox sevdiyim və həvəslə "zamanı gələndə oxumalıyam" deyib saxladığım kitablarım idi və qəribəsi də odur ki üçünün də zamanı bir birinin ardınca gəldi.
Kitablarımı sevirəm :)

Xoş qiraətlər :)

Comments

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)