JOJO MOYES - "SENDEN ÖNCE BEN" (dignitias - dəstəkli ölüm haqqında məlumat)

Yazıya necə başlayacağımı, bu mövzunun mənə nə üçün bu qədər təsir etdiyini bilmirəm. Oxuduğum əsərlərin adətən real həyatımdan daha çox mənəvi dünyama təsir etdiyini düşünmüşəm. Kitabı bitirdikdən sonra həmişə əsərdə adı keçən mahnıları, kinoları, rəssamları, digər əsərləri axtarıb bir növ əsəri analız eləyirəm. Bu dəfə əldə etdiyim məlumat, axtarışlarım isə tamam fərqli oldu...
2012-ci ildə britaniyalı yazıçı Jojo Moyes tərəfindən qələmə alınmış "Me before you" əsərini 2013-cü ilin iyununda Bakumozdan sifariş edərək türkcə "Senden önce ben" adı altında aldım. Kitabın çəhrayı rənglə yazılı üz qabığ mənə tipik sevgi əsəri olduğunu düşündürmüşdü, hələ ki o çəhrayı rənglər "Mucizelere inanmıyorsanız durup bir kez daha düşünün...", "Aşk vardır ona inanmakdan vaz geçme." kimi sözləri rəngləmişdisə mənimçün məsələ aydın idi.. və bu əsəri romantik kitab oxumaq isdədiyim zamana saxlamışdım. Gözlədiyimin tipik sevgi əsərlərindən fərqli bir şeylə qarşılaşacağımı, mənə bu qədər təsir edəcək yeni məlumat əldə edəcəyimi, kitabı bitirdikdən sonra google-da axtarış aparıb ətraflı məlumat alacağımı isə heç düşünməmişdim.
Əsərin nədən bəhs edəcəyini detalları ilə danışmaq isdəmirəm amma əsərin əsasını təşkil edən Dignitas - intihara dəstək klinikasını araşdırdım və əsas məqsədim onun haqqında məlumat verməkdir.
DİGNİTAS - alicənab yaşamaq, alicənab ölmək - 1998-ci il 17 may tarixində İsveçrənin Zürix şəhərində, İsveçrə qanunlarına əsasən yaranmış təşkilat və ya klinikadır. Təşkilatın heç bir maliyyə maraqları yoxdur və əsas məqsədi üzvlərinin öz istəklərinə uyğun olaraq və hüquqi şəkildə intihar etmələrini təmin etməkdən ibarətdir. Bu gün klinikada 60 ölkədən müraciət edən 5000dən artıq üzvü var. 2005-ci il 26 sentyabr tarixində Almaniyada DİGNİTAS - GERMANY adında filialı açılıb.
Mənbə: www.dignitas.cn
"Ölüm türizm deyil, ağrı çəkənlərə rahatlıqdır."
Müalicə üçün deyil, ölmək üçün ölümcül xəstəliklərə tutulanlar rahatlıq içində, həkim nəzarəti altında intihar etmək üçün gəldikləri yerdir və buna dünyada dəstəkli ölüm adı verilib. Bu proses dünyanın bəzi ölkələrində sərbəstdir amma dünyanın bir çox ölkələrində ağır cəza əhatəsinə girir.
DİGNİTASIN qurucusu Ludviq Minelli ilə müsahibədən bir parça:
- Dəstəkli intiharın maliyyəsi nə qədərdir?
- Üzvlərimizin (onlara xəstə və ya müştəri demirik) ümumi olaraq 5min dollar ödəmələri lazımdır. Əgər dəfn və başqa bu kimi şeylər isdənilirsə, təbii ki qiymət qalxır və nəhayət 15min dollara qədər bahalaşır.
- Klinikada ildə neçə intihar olur?
- Dəyişikdir. Keçən il 78i Almaniyadan olmaqla, ümumi 138 intihar.
- Neçə üzvünüz var?
- Hal-hazırda özlərinin seçdiyi zamanı gözləyən 5300 üzvümüz var. Əslində isə sayın hər il getdikcə artığı müşahidə olunur.
- Bir üzvünüz ölmək üçün gələndə nə hiss edirsiniz?
- Özümü xoşbəxt hiss etdiyimi deyə bilmərəm. Tasmaniyadan, Avstraliyadan, ABŞ-dan və başqa ölkələrdən gələnlər var. Bir üzv gələndə onun bir neçə saatdan sonra öləcəyini bilirəm amma bu məni xüsusi olaraq kədərləndirmir, çünki ümumi baxdıqda hər kəsin bir gün öləcəyini bilirəm. Dəstəkli intihar mənə ağrıılı ölümdən daha doğru gəlir. Burada gördüyümüz işin bir növ yardımsevərlik olduğuna inanıram.
- Gördüyünüz işi ölüm turizmi adlandıranlar var..
- Əksini söyləyənlər də var. Başqa ölkələrdən gəlib "nə gözəl ölkəniz var, dəstəkli intihar hamımızın ehtiyacı olan bir şeydir amma bizin ölkəmizdə qanuni deyil deyənlər çoxdur." Hər halda haradan baxdığına bağlıdır. Ağrı çəkənlər bizə gəlir, dərdi olmayanlar tənqid edir.
Mənbə: www.pbs.org
Başıanğıcı necə başlayacağımı bilmədiyin kimi sonunu necə gətirəcəyini də bilmirəm düzü. Ağrıların içində qıvranıb qalmaq, ya əlsiz-ayaqsız ömrü boyu kimdənsə asılı qalmaqmı, yoxsa bədəninə xəsarət yetirmədən bir iynə ilə ömrünü sonlandırmaqı? Əlbəttə ki, bunun dini, psixoloji tərəfləri və s. məsələlər də var. İntihar affekt halında bir anlıq depressiv nəticədir və bunu nə ailən nə yaxınların, bir sözlə özündən başqa heç kəs bilmir. Amma Dignitas sənin yaxınlarının bildiyi və hətta səninlə birlikdə bu prosesə baş vura biləcəyi bir intihar prosesidir. Və bəlkə də mən bu yazını yazarkən, və ya kimsə oxuyarkən dünyanın bir yerində biri könüllü olaraq öz ayaqları ilə və yaxınlarının bildiyini bilərək Dignitasda ölümə doğru yol alır.. Qəribədir.

Comments

  1. Anonymous29/5/23 10:27

    Mən bunu necə tapa bilərəm. Ne vaxtı axtarıram bunu. İndi tapdım

    ReplyDelete
    Replies
    1. Salam. Nəyi axtarırsınız? Kitabı?

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)