PIÇILTILAR...

Gecələr özündə həmişə nələrsə gizlədir. Ya da gizlətdiklərini aşkara çıxarır. İnsanlar fərqli düşünür elə bil səmada günəşin ilk şəfəqi görünənə kimi.. daxildə gizlənənlər, gizlədinlənlər boylanır ətrafa. həmişə var olanlarsa cılızlaşıb gözdən itir. Dahalaşır insan varlığı..
..daha sakitləşir
..daha anlayışlı olur
..daha düşüncəli olur
..daha aqresivləşir
..daha dərdli olur
..daha xəstə olur
..daha vəhşiləşir
..daha alçaqlaşır
..daha müdrikləşir. . .
Gecələr ən çox da səslər dəyişir.. pıçıltılar çoxalır..
ürək beyinlə pıçıldaşır..
gözlər qaranlıqla pıçıldaşır..
qulaq səssizliklə pıçıldaşır..
sevgililər pıçıldaşır..
yuxular pıçıldaşır..
..yalnızlarsa xəyallarla pıçıldaşır.
Kim bilir gecə yuxuda gülən insanın səhər göz yaşı axıtmadığını?
Kim bilir bir zaman iki səsin pıçıltısı eşidilən otaqdan indi təkcə bir nəfərin pıçıltısının eşidildiyini?

- bilirəm mən, amma o qədər bilmək isdəmirəm ki..

..məni incitmə gecə,
onsuz da səni sevmirəm
ruhumu ağrıdırsan. . .

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)