KİTAB

 Yazıma başlıq tapmaq üçün çox da əziyyət çəkmək istəmədim, sadəcə olaraq kitab :)

Mənim bəzi illər, aylar uzaq qaldığım kitablarım. Dönüb dolaşsam da yenidən onlara qayıdacağımı bilirəm çünki. İki ildir ki ildə maksimum 3 kitab oxuya bilirəm. Goodreads də özümə 8 kitab target qoymuşdum sonuncu dəfə, ancaq təbii ki, bu baş tutmadı və cəmi 3 kitabla bitirmişdim 2021-ci ili. Ona görə də bu il çox yox, 5 kitab limiti qoydum. Çox olasa da, az olsa da yenə də əsas odur ki, vərdişimi geri qazanmaq və kitab oxuma saatlarımı artırmağa çalışıram. Çalışmaq, niyyət etmək özü çox böyük bir addımdır axı. 

Son illər zövq məsələsində necə və nə cür olduğum barədə qərarsızlaşmışam. Açığı buu həm tərz məsələsində özünü göstərir, həm kitablarda.. Məsələn dururam kitab mağazalarında saysız kitabların qarşısında, hansı kitabı istəyirəm? necə kitab oxumaq istəyirəm? hansı janr? bestseller yoxsa klassik? baxa baxa qalıram və sonda əli boş çıxıram mağazadan. Geyimdə də eyni ilə. Hansı tərz geyim? Klassik? Sport? Gündəlik? Daha feminin ya daha rahat? Bu ikili gəl getlər arasında yenə də əli boş çıxıb heç nə almıram. Görəsən buna nə sendromu deyirlər? post nə? :) 

Amma bildiyim bir doğru var ki, zamanla hər şey öz rayına duşur. Zamanla insan nə istədiyini gözəl bilir, arzuları və niyyətləri kimi. Bilirəm ki, çox az müddətə kitablarla da əvvəlki kimi dostlaşacağam.. Bilirəm ki, zamanla məni düşündürən, bəzən incidən, bəzən qərarsız qaldığım mövzuları da yavaş yavaş yazmağa başlayacağam. Bilirəm ki, özümə qayıtmağa çox az zaman qaldı.

Hər ay bir yazı, hər ay ən azı bir kitab :) Bəli, hər şey əslində belə sadə başlayır. 

yeni başlanacaq hər şey üçün niyyət edirəm!

Və son olaraq aprel ayında oxuyub bitirdiyim üç kitab:

  • J.S.Monroe "Beni bul" - bu kitabı bacımın kitablarına baxanda aralarından seçib götürmüşdüm düz bir il əvvəl və yarım qalmışdı, bitirdim.
  • Kristin Hannah "Kış bahçesi" - 2013-cü ildə aldığım kitabı 2022-ci ildə oxuyub bitirdim, bəzən belə də olur.
  • Adem Güneş "Cezasız eğitim" - Mika böyüdükdə başa düşdüm ki, əslində pedogoji məsləhətləri bilməklə deyil. Onları həyata keçirmək daha vacibdir. Və o məsləhətlər uşaq dil açıb, şüurlu şəkildə sənə sullar verdikdə daha çox lazım gəlir. Və bu tip kitabları körpə ikən deyil, məhs 3 yaşından sonra oxumaq daha yerində olur məncə.
..ardı var.

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)