KİTAB, YAĞIŞ VƏ O...

 Bu gün Bakı küləklər şəhəri deyil, yağışlar şəhəri oldu.. Leysan yağış bəlkə də insanların əksəriyyətini görəcəyi işlərdən, gedəcəyi yerlərdən kənar qoydu, amma mənə həmişəki kimi təsir eləmədi.
Ömrümün müəyyən ilindən sonra həyatımda iki şey mənim üçün çox sevimli oldu: Onu tanıdığım gündən yağış, Onsuz qaldığım günlərdən kitab.. Hər üçünü bir arada yaşamağın Dadı isə tamam fərqli... :)
Bu gün dünya tarixinə qorxulu 11 sentyabr hadisələri kimi daxil olsa da, mənim həyatımda tamam fərqli hisslər yaradaraq yadda qaldı..
Elə kitab almaq üçün işdən çıxmağa hazırlaşırdım ki, leysan yağış qabağımı kəsdi, mənim də oturub pəncərədən yağışın səsinə qulaq asmaqdan başqa çarəm olmadı :)
Yağış səngiyəndən sonra hərdən birdən saçımı isladan yağış damlaları ilə birlikdə kitab mağazalarına üz tutdum.. Əvvəlcə Sabir bağı ilə üzbəüz Akademkitabxanaya, sonra isə Nizami müzeyinin altındakı Akademkitabxanaya üz tutdum.. Və telefon zəngi.. Sevdiyim üç nəsnəni bir arada, eyni anda yaşamaq...

Qulağımda Onun səsi, əlimdə kitablarım və damcılayan yağışın yaratdığı gölməçədə damlaların çəkdiyi rəsmə baxa-baxa evin yolunu tutdum...

..və kitabxanama daha dörd kitabı əlavə etdim.. :)

Comments

  1. Keçən şənbə Akademkitab-da "Три Товарища" kitabı var idi.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)