KİTAB RƏFİMDƏN...

Kitabları sevirəm..

Kitab oxuyarkən bu dünya ilə bağlantım kəsilir elə bil ki.. Ona görə də kitabların dünyasında itməkdən zövq alıram.. Bəlkə də bəzi əsərlərin dərinliyinə varmıram, bəlkə də düşünməli olduğum məqamların üstündən atdıyıb keçirəm, amma sevirəm.. Ən çoxda karandaşla işarələdiyim cümlələri bəzən iki-üç dəfə oxuyub sonra davam edirəm əsərə. Bir də əsəri bitirdikdən sonra işarələdiyim cümlələri təzədən oxumaq kimi adətim var. Hərdən hətta "nə üçün görəsən bu cümləni işarələmişəm ki?" sualını verdiyim də olur öz-özümə. Oxuyan anda nə fikiləşirsənsə, nə hiss edirsənsə həmin anki reaksiyandı o işarələr.. Bir də bəzən mahnıdan sözlər, ya da həmin anda beynimdə dolaşan fikirdən bir söz yazıram kitabın qırağına.. Və kitab olur ikinci əl, kitab yaşayır, kitab oxulduqca, açıldıqca yaşayır.. Bir dəfə maraqlı bir ifadə oxumuşdum - "Heç bir kitab bakirə qalmasın!"
Xülasə, sözün qısası onu demək istiyirəm ki bu yaxınlarda ilk dəfə ikinci əl kitab aldım :) Son zamanlar qəribə maraq yaranıb məndə ikinic əl kitablara. Amma bir şərtlə ki o kitab oxunsun. Yəni dırnaqarası yox, həqiqətən oxunsun. Üç kitab aldım:
1. F.Dostoyevski - "Qumarbaz"
2. Seymur Baycan - "Quqark"
3. Sərdar Özkan - "İtkin gül"
Hal-hazıra mən "Qumarbaz"ı oxuyuram, onu da qeyd eliyim ki, rus ədəbiyyatından oxuduğum ilk əsərdir. Məni qınamayın...
Bacım isə 364587 kitabı yarımçıq qoyduqdan sonra "İtkin gül"ü əlinə alıb, oxuyur hələki.. :)


Ümumiyyətlə isə kitab almağa hardasa keçən ildən başladım. Əvvəllərdə alırdım təbii, amma belə.. Ayda birini. Amma indi bəlkə də ayda azı 5 kitab alıram (büdcəmə baxıram:)). Ələxsus kefsiz olanda...
Bu gün bir, iki gün əvvəl yenə də bir kitab alaraq kitabxanamı daha 2 kitabla zənginləşdirmişəm. Dan Brounun "Mələklər və İblislər" əsərinin kinosuna baxdığım üçün o əsəri yox, "Yalan nöqtəsi"ni aldım. Bir də keçən dəfə işin yanındakı keçiddə olan bukinistin qabağında Onu gözləyəndə elə belə əlimə Somerest Moemin bir kitabını götürüb bir az vərəqlədim, xoş gəldi.. Və bu gün də eləmədim tənbəllik işdən çıxanda aldım :)

Xoş qiraətlər.. =)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)