FYODOR DOSTOYEVSKİ - "QUMARBAZ"

Keçənlərdə qeyd elədiyim kimi, ilk dəfə idi ki ikinciəl kitab almışdım və aldığım kitabların içindən Dostoyevskinin "Qumarbaz"ını əlimə götürdüm. Hardasa 2-3 ay əvvəl Bulqakovun "Master və Marqarita" əsərini oxumaq istəmişdim və bununla rus ədəbiyyatını özümçün kəşf edəcəkdim guya, amma alınmadı.. Hardasa 10 səhifədən sonra yarımçılıq qaldı və "Qumarbaz" rus ədəbiyyatından oxuduğum ilk bədii əsər kimi kitab tariximə düşdü :)

Əsər haqqında onu diyə bilərəm ki, maraqlıdı.. İnsanın nəyəsə motivasiya olması ilə, istədiyini əldə edə biləcəyi hissini aşıladı məndə.. Bir də asılılıq.. İngilscə gəldi dilimə söz - "bad habits" :)
Başqa nə diyə bilərəm ki? Dostoyevski və onun əsərlərinin yəqin ki heç bir şrəhə ehtiyacı yoxdur..
Deyim ki, əsər məndə dəhşətli güclü təəssürat yaratdi yalan olar.. Amma maraqlı idi. Ən azı karandaşım bekar durmadı :) Həm öz seçdiyim, həm də kitabın birinci sahibinin seçdiyi cümlələri paylaşmaq fikrim var.

İkinciəl kitabda nələrə rast gəldim:


  • Məndən fərqli olaraq cümlələrin sadəcə qıraqlarına işarə qoyulmuyub, butun cümlənin altından xətt çəkilib;
  • 39-cu səhifədə, V fəlsin başında yumru-yumru işarələr çəkilib;
  • 63-cü səhfə aşağıdan balaca cırılıb.

P.S. Bir də kitabın ilk səhifəsində tərçüməçinin yazdığı şərhi kitabın birinci sahibi karandaşla işarələmişdi. Mənə də maraqlı gələn məlumat oldu.. :)

ƏSƏRDƏN SEÇDİYİM CÜMLƏLƏR


* Pulu uduzmaq üçün, pulun olmalıdır.

* İndi yenə də özümə sual verdim: onu sevirəmmi? Yenə də o suala cavab verə bilmədim, daha doğrusu, düzünü desəm, mən yenə, yüzüncü dəfə özümə cavab verdim ki, ona nifrət eləyirəm. Bəli, onu görməyə gözüm yoxuydu!

* Öz-özünü aldatmağın nə əhəmiyyəti var axı? Ən mənasız və xeyirsiz məşğuliyyətdir. (birinci əldən)

* Hər şeyi və hamını necə də məmnuniyyətlə atıb gedərdim.

* Sevginin təsirləndiyi utancaq, xəstəhal əxlaqlı adamın baxışlarının bəzən nə qədər hisslər ifadə elədiyi, həm də o adamın məhz sözləri və baxışlarıyla nəsə deməkdən, yaxud ifadə eləməkdən çox, əlbəttə, ölüb yerə girməyə razı olduğu bir vaxtda maraqlı və gülməlidir. (birinci əldən)

* Yaxınlaşmağa qorxduğum doğrucul adamlardan zəhləm gedir. (birinci əldən)

* ..qurbanın özü onu qurban verdiklərinə görə sevinirsə, bu artıq idealdır.

* Bilirsinizmi məndən nəyə görə incimək olmaz: mən sadəcə dəliyəm..

* İnsan təbiətən qəddardır, zülmkar olmağı sevir. (birinci əldən)

* Bəzən mənə elə gəlir ki, hələ uşaqlıqdan, heç məktəb skamyasından belə uzaqlaşmamışam, sadəcə, özümü kobud məktəbli kimi aparıram.

* Canavardan qorxan meşəyə girməz.

İndi mən tək-tənhayam. Payız gəlir, yarpaqlar saralır. Bu ölgün şəhərçiyəzdə oturub qalmışam, sonrakı addımımı götür qoy eləmək əvəzinə təzə-tər xatirələrin təsiri altında, onda məni caynağına keçirən burulğanın, yəni harasa atan bu bir an əvvəlki qasırğanın təsiri altında yaşayıram. Mənə bəzən elə gəlir ki, yenə də həmin qasırğanın içində fırlanıram, lap indicə yenə həmin tufan özünü yetirəcək, böyrümdən keçəndə məni qanadına götürəcək, mən yenə ölçü qaydasını və hissini itirəcəyəm, fırlanacağam, fırlanacağam...

* ..adama elə gəlir ki, on altı dəfə qırmızı çıxandan sonra on yeddinci zərbə mütləq qaraya dəyəcək.

* ..qəlbin gözəlliyini fəqrləndirmək üçün, bundan ötrü həddən artıq çox sərbəstlik və azadlıq - bir də, hər halda daha çox təcrübə lazımdır.

______________

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)