FOSS WATERFRONT PARK, TACOMA, WASHINGTON #1

Axır ki, çəkdiyim birinci videonun bəzi montaj işlərini bitirdikdən sonra paylaşa bilərəm. Əvvəlcə qaldığım Tacoma şəhəri haqqında kiçik məlumat verib sonra videoya keçid etmək istəyirəm.

Tacoma Vaşinqton ştatının Seattle-dan sonra ikinci ən böyük şəhəridir. Təmiz, sadə, sakit, olduqca yaşıl olmağı ilə yanaşı, insanları mehriban və dostcanlıdır. Vaşinqton ştatına xas olan yağışlar burdan da yan keçmir. Demək olar ki, hər gün yağış yağır. Mart ayı boyunca sadəcə 3 gün tam günəşli keçib. Əhalinin yaşaması üçün maksimum şərait yaradılıb. Parkları, iri supermarketləri, çoxlu parkingləri və ən əsas, bəlkə də şəhərin hər tərəfindən görsənən Mount Rainer dağı ilə yadda qalır.

İndi isə keçid alıram çəkdiyim nacizanə videoya. Əvvəlcə istədim səsimlə videolar hazırlıyım, amma nə yalan deyim komlekslərimə qalib gələ bilmədim ☺ Deməli, birinci videoda park və onun ətrafında olan bir-neçə tarixi binaları, muzeyləri çəkdim. Videonu çəkdiyim gün burada Pasxa bayramı qeyd olunurdu. Yolu keçdikdə özümü Pasxanın (Easter) içində tapdım.  Uşaqlar üçün yarışlar, ələ, üzə yapışdırmaq üçün şəkillər, kukruzlar, popkornlar, böyüklər üçün kofe, yarışı qazananlar üçün hədiyyələr və s. var idi. Hamısı da pulsuz, parasız. Biz də Mikaellə bir az əyləndik orda və qayıtdıq evə :)

P.S. vloggerliklə ciddi məşqul olan, kamera işindən başı çıxan hər kəsdən əvvəlcədən üzr istəyirəm. ☺çünki çəkdiyim video tamamilə qeyri-peşəkar və həvəskar olub, adi smartfonla çəkilmişdir. 💂


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)