İLİN SON YAZISI - 5 -

2010..
2011..
2012..
2013..

Mənim ötən illər ərzində bir qayda olaraq yazdığım son yazılarım..
Necə fərqli-fərqli..
Necə azdan çoxa doğru..
..düşüncə dolu
..ümid dolu
..arzu dolu
..şükür dolu

2014.. və bu da son. Ömrünə nə az nə çox düz 23 saat qalıb. Bir daha geri gəlməyəcəksən. Sənə yazığım gəlir. Əgər balaların olsaydı indi sənsiz yetim qalacaqdılar.. Belə də baxanda aylar balalarındı bəlkə də. Onda ey 2014, sən də oktyabrı yetim qoy. Acığım var o aya. . .

Mən yenə yaza bilərəm bu il çox şey gördüm, çox şey yaşadım. Amma onsuz da insan böyüdükcə il ildən daha çox şey başa düşür, başa düşdüyü üçün görür, gördüyü üçün də yaşayır.. Bir də var yaşadanlar.. sən istəmədən səni oyunun içinə atıb təlxək kimi oynadanlar, kənardan sənə baxıb gülənlər... bax bunları ötən illərdə heç görməmişdim, bu il gördüm.. Bağışlanmağı gördüm.. Peşmançılığı gördüm.. Özünə qayıdışı gördüm.. Həsrətin ən ağırını hiss elədim.. Barmaqlarımı keçən ildən daha çox kəsdim yemək bişirəndə.. :)

..ayrıldım
..aldadıldım
..səhv başa düşüldüm
..ağladım
..küsdüm
..okeanın o başından səsimə səs verdilər
..özümə gəldim
..aydınlaşdırdım
..barışdım
..qucaqlaşdım
..evimə döndüm
..özümə qayıtdım
..sevdim
..vaxt ayırdım
..hirsdəndim
..körpə nəfəsini qucaqladım
..özümü təsdiq elədim
..sevildim
..yenidən gülə bilməyin açarını belə tapa bildim
amma mən səni anlaya bilmədim 2014,
həm də heç anlaya bilmədim, bağışla...

..yenə ümidim qalıb 2015. Bu son ildi. Bilirəm. :)

p.s. Bu il də yolka qurmadıq balaca bacımla, evdəkiləlrin təkidinə baxmayaraq.
Niyəsini bilirəm əslində, amma bilmirəm.Gələn il olar?

Comments

  1. Bu il hər şey super olacaq həyatında, bilirəm :)

    ReplyDelete
    Replies
    1. Çox sağ ol Səbinə. Sənin də həyatında hər şey ürəyincə olsun! :)

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)