SEVGİNİN "QƏDƏR"İ...


Görəsən insan nə qədər sevə bilər!? ..bir ay, bir fəsil, bir il, ya bir ömür.... hərdən sevginin aliliyi haqqında yürütdüyüm fikirlərə özüm gülümsünürəm.. əbədilik baxımından heç nəyin olmadığını dəqiqi bildiyimdən gördüyüm bir hadisəni bütün hadisələrin meyarı da seçə bilmərəm, ixtiyarım yoxdu buna.. çünki çox məntiqsiz çıxar! gələcəyi fikirləşmək və onun haqqında götür-qoy etmək də bir az təhlükəlidi. Çünki həyat məhfumu o qədər dərindir ki, insanı hara qədər çəkib aracağını, hansı tufanların içinə salıb, hansı sahilə çıxaracağını ya da çıxarmayacağını, bəlkə daha da dərində batıracağını bilmirsən.. bu gün "heç vaxt eləmərəm" dediyini sabah eləmiş olarsan.. hər nə uzaqlaşmaq istəmir fikirlərimnən...
..Sevginin qədərinnən danışmaq istəyirəm! Bu yaşıma qədər sevginin "qədəri"ni ölçə bilməmişəm. mənimçün sevgi qədərsizdi.. yəni hər hansı bir ölçü vahidi ilə sevgini sıxmaq, çərçivəyə salıb sərhədlərini bağlamaq... mənimçün ağlasığmazdır.. dünya qədər!? can qədər!? həyat qədər!? özü qədər!? ..sonlu deyilmi hamısı!? belə çıxır ki, sevginin də sonu var? insan ölümsüz deyil doğrudur və ruh cismi tərk edən zaman bütün duyğularda ayrılır... ama ölümsüz olan nə qədər sevgilər var!!

Bəs mənim sevgimin "qədər"sizliyi nə qədərdi? :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)