YOU'VE GOT MAIL... 2

Yenə ürəksıxıntıları ilə dolu günlər... Telefon zəngini gözləmək... gözləmək... Bircə təbrik üçün heç kəsdən təbrik qəbul etməmək... Bu il heç kəsin bayramını təbrik etmədim... Telefona baxıb durdum... Nə zəng gəldi, nə səs sorağın... Nə kimləsə dərdləşdim, nə kiməsə bir söz didim... Tək dərdim sevgim oldu, sən oldun... Deyəsən yenə kitablarda itirdim özümü.. Onda rahat olur yaşamaq... Çünki öz həyatımı yaşamıram... Çətin günlərimi xatırlamıram...
Yazı da heç vaxt sevməmişəm... Sevmirəm... Sən yanımda idin diyə son 3 ildə yola getməyə başlamışdıq baharla, bu il yenə küsmüşəm... Təkcə yazdan yox, elə hamıdan... Sənnən də küsmüşəm... Məndən uzaqdasan diyə... :(
Bu səhər gözümü açanda yağışın səsini eşitdim... Təzədəm yumdum... Sanki səni pıçıldadılar... Daha çox darıxdım... sıxldım.. Sənsiz qaldım... Səssiz qaldım... çox şeylər keçdi xəyalımdan... Çox şeyləri xatırladım... Unutduqlarımı belə... Bu gün mesaj yazsam da, "yağış yağır..." desəm də cavab gəlməyəcək... O qədər böyümüşəm ki... Qocalmışam... Gəl... Gəl məni cavanlaşdır... Özümə qaytar...
Əslində bəlkə də sabah belə olmayacağam... Bəlkə də sabah kefim lap gözəl olacaq... və bəlkə də sabah yanımda olanlar heç fikirləşməyəcəklər ki, heç ağıllarına belə gəlməyəcək ki, bir əvvəlki gün mənim içim belə kədərlidi, gülüşümü gizlətmişəm... Səninçün... Heç bu dəqiqə yanımda oturan bacım belə bilmir mənim qəlbimdən, fikrimdən nələr keçir, həyatım isə qarmaqarışıq... Heç nə yolunda deyil, hər şey qarmaqarışıq..
..bir də mahnılar var.. Qəmli-qəmli.. Hüzünlü-hüzünlü.. Bir-bir səndən danışan... Bir-bir səni xatırladan... Keçmişdən zümzümə edən... Qəmli, hüzünlü, kədərli, sən ətirli mahnılar... :(
Neynəyək ki sevgilim...
Həsrət bizi imtahana çəkir... Öyrəndiyimiz və cavablandırdığımız 50 sualdan da çətin oldu axı bu...
99 gün sənə nə deyir sevgilim??
Mənə səbrin sonundan danışır...
Az qalıb ayrılıq nağılının sonuna... :(

Uzağın bir adı var,
Uzağa gedir yollar.
İtirir izlərini ardından dalğalar...
Getdiyin yerlərdən xəyal göndər,
Dənizə axacaq saçlarından sahil düzəlt
Ağ-qara dağların arxasındadır cənnət..
Deyirlər oralarda
gecə yox, sönmür günəş.
Dediyin kitabları oxudum...
Yuxuda görüşərik,
Uzaqdan danışarsan..
Sənsizlik çətin gəlir
DOSTUM mənə...
Uzağın da adı var,
Uzağın adı SƏNSƏN..
Uzağı yaxın elə
Sehirbaz... :(

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)