SEVGİLİYƏ MƏKTUB...

Salam sevgili,
Sənə məktub yazıram.. Amma Aqşin Yenisey kimi "..yazıram ki bağışla" deyib davam eləməyəcəyəm yazıma. Sadəcə, zaman keçdikcə, əlinin hərarətini unutmağa başladıqca ilk dəfələri xatırlamağa başladım. İlk dəfələrimizi... ilklərimizi.. gizlinimizi, aşkarımızı..
Zaman gözləmədi sənin kimi, ötdü keçdi. Bax, birgə yaşamadığımız günləri gətirir, ayları, saatları... çobanyastığı fəslini gətirir sevgili, vaxtı ilə gözlədiyimiz amma yaşamadığımız o fəsli..
Sənə məktub yazıram.. Amma oxumayacağını bilirəm. Unutduğunu Bakının xəzri küləkləri çoxdan çatdırıb mənə.. sən mənim hisslərimdən həmişə bixəbər, nigaran, mənsə sənin hər addımından xəbərdar.
Sənə məktub yazıram.. amma elə bilmə yenə də öyrəşdiyin xallı narıncı fincanımda limonlu çayım yanımdadır :) yox.. heç kofeni də əvvəlki kimi sevmirəm artıq.. səndən çox çox əvvəllər sevdiyim adətim səni xatırladır mənə, nə qəribə.. bəzən günlərlə xatırlamıram ki səni xatırlatmasın mənə.. kitablarımın içində isə daha çox itib batdım. aldığın kitabları oxuyub bitirdim, amma birlikdə yazacağımız kitabımızı bitirə bilmədim.. və bu heç zaman bitməyəcək, yarımçılıq qalacaq, səhifələrinin çoxu itmiş kitab kimi naməlum olacaq, sonu bilinməyəcək..
Sənə məktub yazıram.. bu nə Kafkanın Milenaya, nə də Moruanın yad qadına yazdığı məktublardandı.. bu heç anlamağa macal tapmadığım yarımçığımdır..
..və elə ona görə də indi məktubu yarımçıq buraxıb, yuxulu gözümü yumub səninlə yuxuda üz üzə etmədiyim bir şeyi edəcəyəm, vidalaşacağam...
Dəymir əlimə sənin əlin,
Bir gün də olsa mənsiz
Qala bilməyirdin... ©

Comments

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)