KAŞ...

Kaş başlıqlı bu yazımın ilk cümləsi tamamilə fərqli idi.. Mövzu da həmçinin.. Sonra bildiyimiz texnika, yenə də fikirlərimə üsyan edib yazdıqlarımı yadda saxlamadan sildi. Kaş demədim.. Amma ürəyimdə bir balaca söydüm düzü :) ..nə isə, deməli, yazı başqa cür olmalı imiş..

peşmanlıqlardan danışmaq istəyirdim sadəcə, böyük məsələ deyil..
bu yazının ilkin mərhələsində, kaşın nəzəriyyəsini yazmışdımsa, indi içimdən onun təcrübəsini yazmaq keçir...
kaşlar təcrübəsi..
peşmanlıqlar təcrübəsi..

..kaşlar sevdiklərini əbədi itirdikdən sonra yaranır
..kaşlar demək istəmədiyin sözü bilmədən deyərkən, demək istədiyin sözü illərlə susub və heç zaman deyə bilməyəcəyini dərk etdiyin zaman yaranır
..kaşlar hərəkətlərinin nəticəsində meydana gəlir, eləməli olub eləmədiyin, eləmək istəmədiyin, eliyə bilmədiyin peşmançılığın kaşları, ya da elədiyin və bunun üçün başını balışda o tay bu taya atarkən o qu tükü sənə daş kimi gəldiyi zaman yaranır..

peşmanlıq kaşlara, kaşkilərə, bilsəydimlərə, gərəklərə, nə üçün axılara parçalayır insanın ruhunu..
"indiki ağlım olsaydı.." kimi yersiz cümlələrə ifadə olunur. halbuki heç vaxt, heç kəsə indiki ağlı bəs eləmir. indiki ağıl əgər keçmiş üçün kaşki deyirsə, gələcək ağıla da bu gün kaşkidir. peşmanlıqdan heç birimiz sığortalanmamışıq. əziyyətdi.. hər gecə axı nə üçün sualı əziyyətdi.. unudun getsin, amma formul, düstur hanı? Umut Sekman deyir, hər şey səninlə başlayır, Şəbnəm Alməmmədova deyir, xoşbəxt olmaq istəyirsənsə ol, John C. Parkin deyir ki, s** et hər şeyi, Ronda Bern deyir ki, sirrdir insanın fikirləri və daha onlarla belə sözlər, aforizmlər, kitablar, yazılar, qanunlar, ..və s. və i.

yaxşı, mən nə deyirəm bəs?
deyirəm ki, insan düşündüyünü yaşıyır. Amma kaşlarından da əl çəkə bilmir.

 Hisslərim nə hiss edirəm bəs?
..susur - darıxır
..darıxır - danışır
..danışır - yorulur
..yorulur - gücdən düşür
..gücdən düşür - sakitləşir
..sakitləşir - qayıdır
..qayıdır - sevinir
..sevinir - yarım qalır
..yarım qalır - kədərlənir
..kədərlənir - dolur
..dolur - nifrət edir
..nifrət edir - bacarmır
..bacamır - sevir
..sevir - bacarmırlar
və yenidən susur. . . - hər şey yenidən başlayır, bumeranq fırlanır.

..kaşkilər isə heç vaxt bumeranq olmur. yerində sayır. mən iki il əvvəlki zaman kəsiyini düşünəndə "yaxşı ki bunu da onda elədim.." deyirəm, amma gələcəkdə bir də heç vaxt eliyə bilməyəcəyimi biləndə "kaş ki bunu da eliyəydim deyirəm.." ..bir də heç zaman eliyə bilməyəcəyin hissləri yaşamaq insanı kaşkilər alovunda qovurur..
heç zaman toxuna bilməyəcəyin əllər..
heç zaman baxa bilməyəcəyin gözlər..
o əllərlə sığallanmayacaq saçların..
başını qoymayacağın dizlər..
danlanmayacaq hərəkətlərin..
..və daha nələr

insan hər zaman narazıdır, özündən, ətrafından, hərəkətlərindən, və hər zaman "kaş" virusunun yoluxduğu cümlələr qurmağa meyillidi. o xəstə cümlələr, bir dəfə kaşa yoluxdu bir daha sağalmayacaq cümlələr..

bir də tələsdiyin, kaş eləməzdim, imkan verməzdim, icazə verməzdim dediklərin.. layiq bildiyin amma, əslində səni aldadan layiqlilik oyunları.. başını gicəlləndirən yalan sözlər.. kaşkilərin mərkəzi dayanacağı.. sonra yenə bilsəydimlər, əslindələr, nə üçün axılar..

insan çox zaman sözünün üstündə durmur. ölmərəm deyənlər ölür, getmərəm deyənlər gedir, atmaram deyənlər atır, inan mənə, sığın mənə deyənlər, dözmür və.. insan özündən həmişə nələrsə verir, sonra verdiklərinin peşmançılığını çəkir..
sevir sevgisindən pay verir, bağlanır hisslərini bölüşür, ayrılır fikirlərini paylayır, dalaşır sinirlərini öldürür, əbədi itirir və özünü itirir... sonra axtarır özünü, və axtardığı hər küçədə, axtardığı hər dalanda özündən, hisslərindən sovurub, qoparıb aparırlar və bir daha geri qaytarmırlar..

..yazım uzandıqca uzanacaq, ona görə də zamanında dayanmaq lazımdı. :)
həm yazının, həm də hisslərin..

kimi aldadırsız aldadın, özünüzü aldatmayın. çünki, özünüzü aldatmasaz heç kəsi aldatmaq istəməyəcəksiz, əgər insansızsa. çünki özünüzü aldatmasaz, kaşkilərinizin sayı azalacaq, ən azından siz edəcəksiz, ən azından xəstə cümlə qurmayacaqsız, ən azından "yaxşı ki elədim" deyib, peşmançılıq çəkməyəcəksiz.. :)

uğurlarmı olsun? ..olsun.

p.s. mövzu ilə nə qədər əlaqəsi var, ya yoxdu bilmirəm amma Yalından "Keşke" mahnısı bütün kaş deyənlərə gəlsin. Bir tuş :D

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)