BAHAR FƏSLİ YAZ AYLARI GƏLƏNDƏ...

Hərçənd ki, Aşıq Ələsgər bahar fəslinin gəlişini süsənli sünbüllü dağlarla vəsf eləmişdi, bizim Yasamal dağları qar, çovğun, boran, dolu nə bilim nə təsəvvürü yaradıb bu gün.. 30 mart və küçənin qaranlığında 1 dərəcə istilik kürkünü geyinmiş Bakı küləyi o baş bu baş öz zamanıymış kimi gəzişir dalanlarda.. Yenicə çiçək açan, tumurcuqlayan ağacların üzərində sərt dolu dənəcikləri.. incitdimi görəsən?... sentimentallığa gərək yoxdu, hər halda bioloji baxımdan anormallıqdır və statistik göstəriciləri sadalayan zaman Kənd Təsərrüfatı Nazirliyinin hesabatında "mart ayında yağan dolu filan sahələrə zərər vurub" cümləsini mütləq işlədəcək :D
Deməyim odu ki, 31 yanvarda qəfil dəyişən o "hava" son nöqtəsini 30 martda qoydu.. qoydumu heç o da dəqiq deyil. 
 ..və dünyanın "yay saatı"na keçdiyi bu gün əllərimizi yaman üşütdü. 
..və Türkiyədəki seçkilər dünyanın nəzərlərini öz üzərinə cəmlədi
..və bayırda qışın nəfəsi gəlsə də gül dükanında gördüyüm yazın müjdəçisi olan ramaşkaları almaq üçün sabahı səbirsizliklə gözləyirəm
..və hər şeydən ən vacibi, mən bu gün iki ildir kənara qoyduğum dərsliklərimin üzünü açdım :)
Dərsliklərin üzü açılıb demişkən, onu da deyim ki əgər dərsliklər açılırsa deməli, bədii ədəbiyyat rəflərə qalxır mənasına gəlir deməkdir. Nazik kitablar silsiləsindən sonra, Azərbaycanın gənc yazarları silsiləsinə başlamaq niyyətində idim. Amma ikisi arasına Xulio Kortasarın "Xana-xana oyunu"nu sıxışdırmaq istəmişdim. Bir müddətlik yarım qalacaq bu oyun dolu əsər və gənc yazarlarımızın kitabları növbəsini gözləyəcək.
Çünki indi mənə əsərdəki yox, tarixin qəhrəmanları və xana xana oyunu yox, cücənin oyunu misalı beynəlxalq oyunlar lazımdı. :)

..bütün bu gün olanlar, xəbərlərdə deyilənlər, kitablarda altını cızdıqlarım, dərsliklərdə əzbərlədiklərim, atamın məsləhətləri, hər şey bir qırağa, həqiqətən insanın beyni ilə ürəyi eyni sözü deməlidi, yoxsa nəticə bu günkü hava kimi olacaq.. yazda dolu yağacaq. . .

Sonuncu cümləni isə sırf özümə ithaf etdim..


Comments

  1. Ilk.qar mene nelerse soylemiwdi... Bu ilin son qari nece????
Saat 5-e qalir. Istiqlaliyyet kucesi, covgun, boran, sevgilin ugrunda qarla mubarizem. O her : "soyuqdan dondum, qar uzumu incidir" dedikce, tarima cekilen esebler ve hirsli qisqancliq. Xeyalimda teze acilmiw boyuk "seytan tekeri" adli korusel ve menim hundurluk fobiam.. Ele bu an semani silkeleyen ildirim gurultusu...

Misrasiz...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)