ŞİKAYƏT MƏKTUBU..

Nə qədər və hara qədər şikayət eliyəsən insanlardan, yaxınlarından, doğmalarından, bu həyatdan, var oluşundan..
Kimə, nəyə gərəkdi?
Amma bir də baxırsan ki, həyat zəncirinin ən vacib halqaları heç də sən isdədiyin düzülüşdə sıralanmıyıb.
Ailə zəncirin bir halqası itib..
Dost zəncirinin halqasından səni özlərindən xəbərsiz çıxardıblar..
Sevgili zəncirin isə... elə dolaşıqdı ki illər keçsə bilməzsən aça bilərsən ya yox..
Gəl ki ən pisi də bu halqalarının düzülüşündən şikayət eliyəcək yeni bir həyata tutunma zəncirin belə olmamasıdır..
..və beləcə yalnızlaşırsan
..və beləcə kimsəsizləşirsən
..və beləcə hər şeyi öz içində böyüdüb şikayəti də özünə eliyirsən...
Onsuzda bu həyatda çox halqalar istəyimiz xaricində düzülür. Sadəcə ya bu halqalara öyrəşib qəbul eliyəcəksən, ya mübarizə aparacaqsan, ya da ən nəhayətində gücünün çatmadığını görüb öz içinə, daxilinə, təkliyə köçəcəksən...
Həyat zəncirini hardan çıxartdım bilmirəm düzü. Bir onu bilirəm ki insan yalnızlaşdıqca və bunu hiss etdikcə ürəyi ağırlaşır. Naməlum hiss lövbərini atır ürəyinə, ağırlıq verir. Susqunlaşırsan. Oğuz Atay demiş, azaldığınla qalırsan.. səbəbkar axtarırsan,  onun bunun üstünə atırsan hər şeyi beynində, amma baxırsan ki yox... ən böyük taxsırkar elə özünsən. Kimlərəsə daha çox, kimlərəsə daha az qiymət verməkdə günahkarsan. Əvvəl hər şeydən için için özünə şikayət edirdinsə indi özündən ağız dolusu şikayət eləməyə isti qucaq, münasibət axtarırsan. Amma bilirsiz ən pisi isə bir də baxırsan ki elə bir qucağın yoxdur... qalmıyıb... və elə ona görə imiş hamıdan hər şeydən şikayətin. Əslində yalnızlığın səbəbi də bu imiş, tərk edildiyini hiss etdiyin üçün tərk etmək.. və ona görə imiş yenə də olmayanlarından, yoxsul qaldıqlarından için için özünə şikayət eləməyin...
Sonra? ...sonrasını bilmirəm ...yoruluram ...tükənirəm
Tərk etmək başqa hiss, tərk edilmək başqa hissdi. Mən nəyi yaşayıram? ...bilmirəm ...tapmıram  ...itirəm
Heç kəs də məni tapmır. Həyatın hansı döngəsində qalmışam? Heç bilmirəm. Görənlər zəhmət olmasa məni geri çağırsın.. dostum, sevgilim ya da sevgilim dostum olmadığı üçün özümə şikayət məktubu oxuyacağam....
P.S. iki yol var, ya sən şikayətçi olacaqsan ya səndən şikayətçi olacaqlar. vay o gündən ki sən şikayətçi ola ola səndən şikayət eləsinlər. və mən deyəsən elə üçünclərdənəm...
P.P.S. Novruzu sevmirəm, mənə kədər gətirir...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)