((= MƏZUNİYYƏT .. VACATİON.. OTПYCKA =))

Nəhayət ki 3 illik uzun fasilədən sonra mən məzuniyyətə çıxa bildim.

Xatirliyiram, sonuncu dəfə 2008-ci ildə tələbəlik illərində kursdan-kursa keçərkən istirahət eləmişdim :) Və budur.. Nələr hiss etdiyimi dilimə gətirə bilmirəm.. Sadəcə xoş bir boşluğun içindəyəm elə bil.. Bütün il(lər)in stersi, ağırlığı hamısını qırağa qoymaq istəyirəm.. Öyrəndiklərimi, etdiklərimi yaddaşımdan silmək istəyirəm.. Yaşadıqlarımı unutmaq.. sadəcə "rest" =) Axı mənim əsas hüquqlarımdan biri də istərahət etmə hüququmdu! Bəli.. və budur mən istirahətdəyəm :) URA!

O qədər çox planlarım var ki, bu 21 günlük yay tətilim üçün.. Siyahımın uzunluğu bizim evdən sizin evə qədər uzanar :) (təbii ki əgər qonşu deyiliksə :D). İnşallah hamısı da olmasa əksəriyyətini həyata keçirməyə çalışacağam, ən əsası isə çoxlu çoxlu kitab oxumağa imkanım olacaq. Çoxlu kitab almaq və kitabxanamı daha da zənginləşdirmək fikrim var..

Mən daxil, bu gündən istirahətdə olan hər kəsəəəəə xoş istirahətlərrrr .. =)

P.S. məzuniyyətimin ilk günündən, yəni sabahdan Qəbələ-Şəki turu məni gözləyir ;)


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)