MUSTAFA MƏSTUR - "CÜZAMLI ƏLLƏR VƏ DONUZ SÜMÜYÜ"

İran ədəbiyyatı ilə Mustafa Məsturun sayəsində tanış oldum. Oxuduğum ilk iran yazışısı və əsəri oldu. Əsər insanda qəribə təəssürat yaradır. Çoxmərtəbəli binada yaşayan qonşuların həyatından bəhs olunan əsərdən maraqlı kino və ya serial çəkmək olar :) Qonşular arasında hər təbəqədən adam var - həkimi, jurnalisti, fahişəsi, dəlisi, qatili, pis əhatəsi olan gəncləri və s.
Kitabda annotasiyanı oxuyanda yazıçı haqqında yazmışdılar ki, təsvirə çox yol verən yazar.. Mənə  də maraqlı idi ki, görəsən bu təsvir necə bir təsvirdir. Deyim ki, gülün, dağın, təbiətin və ya otağın təsviri? ..deyil, məhs insan xarakterinin, düşdüyü vəziyyətin və olan hadisələrin təsvirindən söhbət gedir. 
Adətim üzrə kitabı karandaşla oxumağa başladım və bəyəndiyim cümlələri işarələdim. Kitabı bitirdikdən sonra işarələdiyim cümlələrə göz gəzdirdim, qəribədi, bəyəndiyim cümlələrin əksəriyyəti dəli obrazında verilmiş Daniyalın monoloqlarıdı...
Kitabın adı məndə maraq doğurmuşdu - cüzamlı əllər bə donuz sümüyü - nə ola bilər, nə məna verə bilər axı bu söz.. və əsərin ortasında rast gədim. Qatillərdən biri varlı insanı öldürmək planını həyata keçirərkən, digəri maşında əyləşərək ətrafa göz-qulaq olur və bu anda radio dinləyir. Radioda isə aşağıdakı söz deyilir -

"..və dünya haqqında buyurdu: Allaha and olsun ki, mənim yanımda sizin dünyanız cüzamlı adamın əlindəki donuz sümüyündən daha alçaq və daha rəzildir. (Hz. Əli)".

103 səhifədən ibarət olan kitab sadəcə bir neçə saatınızı alacaq.. Qəribə insan taleləri ilə dolu olan əsər..

Əsərdən yadda qalan cümlələr:

* Gözlərinizi açar-açmaz gördüyünüz birnici iş - ən bəsit işiniz bir-birnizə aşiq olmaqdır. Sizə də, heç kimin baş çıxarmadığı işlərinizə də lənət olsun! Aşiq olursunuz, sonra evlənirsiniz..
..aşiq olursunuz, evlənirsiniz, sonra uşaqlarınız olur, daha sonra bir-birinizdən bezib boşanırsınız. Bəzən heç ayrılmamış yenə gedib başqasına aşiq olursunuz. Hamınıza lənət olsun ki, hətta qağayılar kimi ömrünüzün axırınadək, fəqət birilə yaşamağı bacarmırsız.

* Birinci fərziyyə: ölüm yoxdur. Əgər ölüm olmasaydı, insanlar ən böyük təhlükədən və varlığın ən böyük təhdidindən qurtulardı. İnsanlar nə üçün xəstəlikdən qorxurlar? Çünki xəstəlik ölümlə divar qonşusudur. Nə üçün maşın qəzasından qorxur insanlar? Çünki qəza zamanı ölüm ehtimalı çox böyükdür. Nə üçün insanlar qəbristanlıqdan və ölümdən qorxur. Çünki məzarlıq ölülərin evləridir.
..niyə müharibədən vahiməyə düşürlər? Çünki müharibə onları birbaşa adı ölüm olan yerə doğru aparır.

* İkinci fərziyyə: qadın yoxdur. Əgər qadın yoxdursa deməli eşq də yoxdur. Belə olan halda Şekspir, Hafiz, Romeo və Cülyetta, Fərhad və Şirin boş-bekar, işsiz-gücsüz qalırlar. Bir gün qadınlar burdan çıxıb getmək istəsələr, gərək ədəbiyyatı, kinonu və sənət dünyasını da özlərilə aparsınlar. Bəs kişilər necə?
..kişilər bu dünyadan cəhənnəm olub getsələr, inan mənə, bütün müharibələr, ölüm-itimlər və dünyada nə ki zir-zibil var, hamısını özlərilə apararlar. Dünya dovşan əti kimi qalar. Yarısı halal, yarısı haram. Qadın dünyanın halal olan yarısıdır. Dünyada nə murdar iş varsa, hamısı kişilərə aiddir. Kim inanmırsa, götürüb statistika oxusun. Tarixə baxsın. Televizora baxsın.

* ..hər şəkil fotoqrafın ruhunun və zehninin məhsuludu. Əgər eyni fotoaparatla eyni şeyi başqa bir fotoqraf çəksə, mütləq başqa bir nəticə alınacaq. Hərçənd zahirən fotoqrafın şəkildə görsənmədiyi məlumdur, amma fotoqraf sözün əsl mənasında fotoqraf olsa, onun şəxsiyyəti, onun ruhu mütləq şəkildə əks olunacaq.

* Həyat başlayan zaman bir o qədər də sürətə malik olmur. Əslində çox yavaş olduğunu da deyə bilərik. Yəni uşaqlar üçün həyat çox ləng keçir. Adətən, uşaqlar həyatdan daha sürətlidirlər. Saniyələr , dəqiqələr, saatlar və günlər onlar üçün uzundur. Amma elə ki, böyüyürlər, həyatlarının sürəti artmağa başlayır. Biz cavan olanda həyatımız da bizim qədər sürətə malik olur.

___________________



Comments

  1. Niyə məhz "cüzamlı adamın əlində"? Cüzam keçici bir xəstəlik olduğuna görəmi? Mən hələ bunu tam anlaya bilməmişəm...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)