HERMAN HESSE - "DEMİAN - Emil Sinklerin gənclik hekayəsi"


Əsərdən yadda qalan cümlələr..
* Yazıçılar roman yazarkən özlərini Allah sayaraq kiminsə kiminsə hekayəsini bütövlükdə anlada biləcəklərini və onu sanki ilahi varlığın diliylə söyləməyə qadir olduqlarını sanırlar.
* Heç kəs sonadək və bütövlükdə özü ola bilməsə də, həmişə buna cəhd edib: kimisi kor-koranə, kimisi süurla - bir sözlə, kim necə bacarıb.
* Bir-birimizi anlaya bilərik; amma hər kəs yalnız özünü izah edə bilər.
* Heç kəsdən qorxmaq lazım deyil. Əgər nə vaxtsa kimdənsə qorxursansa, deməli, həmin kimsənin sənə hakim kəsilməsinə şərait yaratmısan.
* Mən dünyanın keşməkeşli cığırıyla getməyə cəhd eləmişdim, amma bu yol hələ bərkiməmiş ayaqlarım üçün həddən artıq sürüşkən olmuşdu.
* Məhz sevdiyimiz hər şeyin bizi tərk etdiyi vaxt bütün vücudumuzla tənhalığı və boşluğun ölümcül soyuğunu hiss edirik.
* Ətrafındakını kifayət qədər diqqətlə müşahidə et və onun haqqında özündən çox biləcəksən.
* Əgər iradəmin sahibi deyiləmsə, necə onu arzuma uyğun yönləndirə bilərəm?
* Deməli, qadağa əbədi deyil və dəyişə bilir.
* Kim özü fikirləşməmək və özü özünə hakim olmamaq üçün rahat olanı seçirsə, fərq qoymadan istənilən qadağaya tabe olur!
* Ağıllı söhbətlətin əslində heç bir dəyəri yoxdur. Özündən qaçmaq günahdır. Tısbağa kimi bütünlüklə öz qınına girmək məsləhətdir.
* Çirkli meyxanalarda əlindəki pivəni ətrafa sıçradaraq dostlarımı küçə söyüşlərinə qərq edən mən gizlində ələ saldığım şeylər qarşısında baş əyir, hətta ağlayır, bu da azmış kimi ruhum, keçmişim, atam-anam qarşısında diz çökürdüm.
* Allahın bizi tənha etməyinin və son nəticədə özümüzə qaytarmağının yolları çoxdur.
* ..vaxtını meyxanalarda keçirənlərin çoxunda, zənnimcə əyləncədən əsər
əlamət belə yoxdur. Məncə, meyxana gəzintilərinin özü meşşanlıqdan
savayı bir şey deyil. Gecə bir udumda keçdi, gur məşəllər zülməti
alovlandırdı, sərxoşluq başa vurdu! Beləcə, qədəhlər, günlər bir-birini
əvəzəyir..
*
Bu kitab, cox meshur koreyalı grup BTS-in son albumunun esas mahnısının (Blood, sweat & tears) movzusu secilib. Heqiqeten, hem esas mahnı, hem de grup üzvlerinin solo mahnıları o qeder keyfiyyetle işlenib ki, oxumaq istedim. Maraqlı postdur, çox sag olun:)
ReplyDeleteTəşəkkür edirəm. :)
Delete