ÜRƏYİMDƏKİLƏRDƏN BİR İKİ KƏLMƏ...

Xeyli müddətdi ki, fikirlərimi ürəyimdə yığıb-yığıb boş yer saxlamamışam.. Düşündüm ki, onların bəzilərindən azad olmağın vaxtıdı yəqin ki. Bir neçə həftədir ki, əlim heç bir işə yatmır və təəssüf ki bu özünü yazılarımda da göstərir.. Elə bir ki, fikrimi ifadə eləmək istəmirəm.. Gizlətmək istəyirəm hamıdan düşündüklərimi, özümün gizləndiyim kimi... Amma əlbəttə ki hər şeyin müəyyən həddi var.. Ürək doldu və artıq bacarmır.. Nə isə.. Şikayətin vaxtı döyür =)

Dünən idi səhv etmirəmsə (günləri bu aralar qarışıq salıram, çünki gələcəyə qaçıram..), evə gəlirdim avtobusda, bir də gördüm ki qabaqda nəsə qarmaqarışıqlıq kimi bir şey var.. Şofer bir az da sürdü və aydın oldu hər şey.. Gəlin və bəy öyrəndiyimiz "Mercedes", "Hundai", "Jeep" və s. markalı maşında yox, bir ağ ata qoşulu faytonda gedirdilər. Bəylə gəlinə baxdım.. Ürəyimdən biixtiyar "Xoşbəxt olun!" kəlməsi keçdi.. Arabanın arxasınca toy qonaqlarının maşınları, və onların ardınca toya heç bir aidiyyatı olmayan adi maşınlar gəlirdi. Əməlli başdı tixac yaranmışdı.. Həqiqətən maraqlı mənzərə idi (ya da mənə maraqlı gəldi), çünki arxadakılar nə üçün tıxacın yarandığını bilmirdilər.. Dodağın qaçdı o anda.. =)

Elə bu maraqlı mənzərədən bir az keçmişdik ki, gözümə bir dənə də maraqlı mənzərə sataşdı.. Deməli, velosiped sürən iki qardaş. Biri hardasa 11-13 yaşlarında o biri 5-7 yaşlarında. Təbii ki böyük qardaşın velosipedi balaca qardaşın velosipedindən böyük idi. Diqqətimi çəkən isə, hər iki qardaşın velosipedi bir-birinə uzun iplə birləşdirilmişdi. Böyük qabaqda balaca isə arxası ilə sürürdülər birlikdə. Həm də heç kəsi veclərinə almadan.. Maraqlı görünüş idi.. =)

Hər iki mənzərə həm mənə maraqlı gəlmişdi, həm də hardasa düşündürmüşdü... Bəlkə də elə ürəyimə yatmışdı =) Mənə görə insan ətrafını bir az diqqətlə izləsə daha maraqlı müşahidələrə şahid ola bilər, çünki bütün maraqlı hadisələr, baş verənlər elə gündəlik həyatımızda baş verənlərdir. Belə :)

P.S. Bu günümün müşahidəsinə qalanda isə, bu gün bu ilimin yayının ilk kəpənəyini gördüm :) Həmişə uşaq vaxtlarımdan yazda birinci kəpənəyi görəndə özümdən asılı olmadan "aaa kəpənək!" deyirəm.. Bu gün də ənənəmə sadiq qaldım və yazımın ilk bəyaz kəpənəyini görəndə "aa kəpənək" dedim.. Xoş gördüm səni :)


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)