GÜNLƏRDƏN ÇƏRŞƏNBƏ AXŞAMI...

Günlərdən  yenə çərşənbə axşamı.. Səssiz, kimsəsiz, sakit.. Təkbaşına növbəti gecənin içinə qarışıııb, qarışıııb.. itirəm.. Elə Bakı da mənim kimi səssizdi.. Susqundu.. Kimsəsizdi sankı.. Amma yox o kimsəsiz ola bilməz axı.. O gecələrdə neçə-neçə "mənim kimilərin" sirdaşı olur.. O düşüncələrin qonağı olur.. Sözsüzdü Bakı.. Onu sözlərimlə bəzəyə bilməyəcəyim qədər sözsüz.... Yazıq.. O qədər yazıqdı ki..
Günlərdən yenə çərşənbə axşamıdır.. Ağır bazar ertəsinin səhəri. Yalan sözdü inanmayın, hər bazar ertəsinin çətin olduğuna.. Bəzən çərşənbə axşamları daha çox ağır gələr.. "daha çoxları" yığar başına..
Hər dəfə həftənin günlərini sayanda gözümün qabağına məktəbdəki gündəliyim gəlir neyçünsə. Baxmayaraq ki, məktəbi artıq xeyli müddətdi ki bitirmişəm. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə gündəliyin sol tərəfində, cümə axşamı, cümə, şənbə də sağ tərəfində olardı.. Mən də sağ tərəfdə küncdə həmişə "filan gün bazar" yazardım özüm üçün.. Çərşənbə axşamları mənim piano dərslərim də olardı..
Ehh... günlərdənsə yenə çərşənbə axşamıdı. Fərqli il, eyni tarix olsa da həftənin fərqli günü.. ya da həftənin eyni günü olsa da fərqli tarix.. Artıq nə gündəliyin sol tərəfi var, nə də piano dərsləri. Əvəzində monoton həyat, "gözəlləşən" şəhər var...
..bir azca da göz yaşları var bu çərşənbə axşamında. təkcə kimə görəsə nəyə görəsə yox. Axı olur bəzən, "bir söz dəsələr ağlayaram" kimi hiss edirsən özünü. Bax elə.. Nələr yoxdu ki məhz bu çərşənbə axşamında... Yeni ayın başlanğıcında... Əslində nələr var ki, nələr də olsun..?
..o yoxdu ..mən yoxam ..məsumluq yoxdu ..var yoxdu. Hər şey bir var, bir yoxdu.. mənim kimi. Çərşənbənin axşamıdı.. az sonra çərşənbə olacaq. 

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)