GÖZLƏNTİ...

Şablon başlıqla başladım bu yazıya "insan dünyaya gələndən gözləyir.." misali.. Amma sonra tez pozdum. Çünki hal-hazırda hiss etdiklərimi heç bir dünya gözlənitləri ilə müqayisə etmək mümkün deyil.. Nədir ki gözlənti? Nədir ki gələcəyini bildiyin qatarın 2-3 dəqiqə gecikməsi.. Nədir ki bişəcəyini bildiyin yeməyin 15 dəqiqə gec bişməsi.. Nədir ki zəng edəcəyini bildiyin sevgilinin 1 saat gec zəng vurması.. Nədir ki!?
Daha fəqrli və daha çox incidən, gözünü dörd açıb saata zilləyərək əqrəblərin tıkkıldatdığı hər dəqiqəni saymaqdır əslində gözlənti, naməlum cavabın içini içdən gəmirən, bilmədiyin məchulluqda beynin var gəl etməsidir gözlənti. Əslində nəfəs qədər vacib olan gözlədiyin telefon zənginin bir az daha gecikməsi, ya da xoş xəbərin müjdəçisini Allaha səssiz çığırtıların və yalvartılarınla etdiyin dualar içində eşitməkdir gözlənti.. Başa düşmədiyin, anlamadığın və heç vaxt da anlamayacağın insan bədəninin rentgendəki əksinə dəqiqələrlə və diqqətlə baxmaqdır gözlənti, nəsə tapacaqmışsanmış kimi.. başın çıxacaqmış kimi..

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)