iSTi AVQUST...

Yazmağa başlamaq asan olmur son zamanlar.. Yazıram, heç birinci abzası bitirməmiş "backspace" düyməsi öz işini görür.. Ona görə yox ki, yazmaq istəmirəm ya da yazamğa nəsə tapmıram.. Yox , yox.. İçimi yeyib bitiriən fikirlərin əlindən qaça biləcəyim tək-tük yerlərdən biridir bu ağ rəngli yazı qutusu. Bəzən yazıb sadəcə yaddaşda saxladığım heç uzə çıxartmadığım gizli yazılarımın sandığı...
Deyə bilmərəm ki, indi yazıqlarım uğurlu  başlanğıc oldu yazı üçün. Amma bir abzası yaza bildim.. Deməli əsas mövzuya keçid verə bilərəm. Axı özümü bilirəm, fikirlərim çoxalanda, yazmağım çətinləşir..

Əslində yazmaq istədiyim keçən il qəfil gələn soyuq avqustdan fərqli olaraq bu ilki isti avqustdur.. Avqust... Nə aydır belə!? Elə bil insanların bütün ümidləri bu ayın gətirəcəklərinə bağlıdır nədir!? Mən heç bir sehir, heç bir fövqəladə güc-qüvvə axtarmıram da burda.. Sadəcə gözləmə ayıdır.. Təkcə hal-hazırda baş verənlərlə əlaqəli deyil. Bilmirəm, nə bilim.. Elə her şey.. Avqustun ilğımına düşmüşük sanki.. Bir anda gözü açıb-bağlayınca da keçməyəcək ki. Yazmağa, fikirlərin sıçrayışına hələ çox səbəblər olacaq..

Qarşımızda hələ bir də sentyabr var, digər adı hüzün olan sentyabr. . .

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)