YAZDIM Ki YAZI OLSUN...

Nəsə yazmaq istəyirəm..

Bir şey var ki, bilmirəm yazacağım bu "nəsə" həyatın özündənmi olsun, poetikmi olsun, necə olsun..

Amma mən elə belə yazmaq istəyirəm...

Sözləri sadəcə bir birinin ardınca düzmək, heç beynimdə, ürəyimdə dolaşan fikirləri də deyil..
Elə belə, ordan-burdan olan fikirləri..

Axı mən elə belə yazmaq istəyirəm..

Məsələn elə bu dəqiqə 10-cu sinifdə oxuyarkən aylıq divar qəzeti hazırlamağımı xatrıladığımı yazmaq kimi.. Adı "Ordan-burdan" idi.. Necə həvəsli idim.

Elə o vaxtdan yazıram..
Elə belə, özüm üçün..

Ardı gəlmir..
Səbəbsiz...
Barmaqlarım istidən dondu.

Sükut və ilbislərin səsi..
Sükut və klavyaturanın səsi..
Sükut və maşınların səsi..
Sükut və hardansa tökülən su damlalarının səsi..

Hər şey yaxşı olacaq!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)